Cagdas.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Baqai noyabrın 9-da keçirilən mətbuat konfransında Vaşinqton, Bakı və İrəvan arasında Zəngəzur dəhlizi ilə bağlı əldə olunan razılaşmanı şərh edərkən bildirib.
Baqai qeyd edib ki, İran layihənin ABŞ-ın iştirakı ilə həyata keçirilməsinin mümkün nəticələri ilə bağlı narahatlıqlarını dərhal Ermənistana çatdırıb.
Tehranın nəqliyyat kommunikasiyalarının açılmasını dəstəklədiyini bildirən diplomat bununla belə, belə layihələrin beynəlxalq səviyyədə tanınmış sərhədlərə və regionun geosiyasi konfiqurasiyasına təsir etməməli olduğunu vurğulayıb.
“İran hadisələri yaxından izləyir, çünki ABŞ-ın regiondakı mövcudluğu və müdaxiləsi daim qeyri-sabitlik və təhlükəsizlik təhdidləri ilə müşayiət olunur”, – deyə Baqai bildirib.
O, həmçinin İranın Ermənistanla yaxşı münasibətlərə malik olduğunu qeyd edib və Tehranın öz maraqları, eləcə də region ölkələrinin maraqları tələb etdiyi halda mövqeyini müvafiq tərəflərə açıq şəkildə çatdıracağını vurğulayıb.\ölkə.az


