Özəl sektorun investisiya qoyuluşları üçün daha əlverişli şəraitin yaradılması xüsusi əhəmiyyət daşıyır.
Cagdas.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin plenar iclasında çıxışı zamanı bildirib.
Nazir qeyd edib ki, dövlətin investor rolundan tərəfdaş roluna keçidi şəraitində özəl kapital üçün imkanların genişləndirilməsi mühüm şərtdir.
“Bu istiqamətdə mövcud investisiya təşviqi mexanizmi ilə yanaşı, sahələr və klasterlər üzrə yeni və ünvanlı vergi təşviqləri davam etdirilir. Buna misal olaraq bu yaxınlarda qəbul olunmuş innovasiya, startap və texnologiya parkları üzrə 20 ilədək müddəti əhatə edən vergi güzəştləri paketini qeyd edə bilərik”, – deyə Mikayıl Cabbarov vurğulayıb.
Onun sözlərinə görə, strateji investisiya layihələrinin icrasını sürətləndirmək məqsədilə Baş nazirin müavininin rəhbərliyi ilə İşçi qrup yaradılıb. Həmçinin özəl sənaye zonaları və dövlət-özəl tərəfdaşlığı modelləri genişləndirilir


