Noyabrın 19-da satışa çıxarılması gözlənilən GTA 6 oyununun ön yükləmələrinin başlaması qlobal internet trafikində rekord göstəricilərin qeydə alınmasına səbəb olub.
Çağdaş.Az bildirir ki, dünyanın aparıcı internet mübadilə nöqtəsi (IX) operatorlarından biri olan DE-CIX bildirib ki, noyabrın 10-dan etibarən şəbəkədə məlumat ötürülməsi bütün zamanların ən yüksək səviyyəsinə çatıb. Bu dövrdə Türkiyədən edilən internet bağlantılarında da rekord trafik qeydə alınıb.
Açıqlamaya görə, GTA 6-nın ön yükləmələrinin başlaması ilə milyonlarla oyunçu oyunu əvvəlcədən cihazlarına yükləməyə başlayıb. Bu isə qlobal internet infrastrukturunda əhəmiyyətli yük yaradıb.
Avropanın ən böyük internet mübadilə nöqtəsi olan DE-CIX Frankfurt üzərindən ötürülən məlumat həcmi çərşənbə axşamı Bakı vaxtı ilə saat 23:20-də saniyədə 22,30 terabitə çataraq 2026-cı ilin yanvarında qeydə alınmış əvvəlki rekordu 19,06 faiz üstələyib.
Eyni zamanda DE-CIX-in dünya üzrə internet mübadilə nöqtələri şəbəkəsində ümumi məlumat ötürülməsi saniyədə 33,01 terabit səviyyəsinə yüksələrək yeni tarixi rekord müəyyənləşdirib.
“Rockstar Games” tərəfindən hazırlanan GTA 6 hələ rəsmi olaraq satışa çıxarılmasa da, ön yükləmələrin başlaması artıq qlobal internet infrastrukturuna ciddi təsir göstərib.
Mütəxəssislər hesab edirlər ki, oyunun rəsmi buraxılış günü milyonlarla istifadəçinin eyni vaxtda onlayn olması səbəbindən internet trafikində yeni rekordların qeydə alınması mümkündür.


