Şiller İnstitutunun təsisçisi Helqa Zepp-Laruş bildirib ki, bəşəriyyətin taleyinə biganə olmayan hər kəs baş verənlərdən məmnunluq duymalıdır.
Rusiya Prezidenti Vladimir Putin, Çin Prezidenti Si Cinpin və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə keçirilən görüş diplomatiya sənətinin nümunəsi kimi qiymətləndirilib.
Çağdaş.Az xəbər verir ki, Şiller İnstitutunun təsisçisi Helqa Zepp-Laruş TASS-a açıqlamasında bildirib ki, üç böyük dövlətin liderlərinin Şençjendə keçirilən sammiti diplomatik baxımdan mühüm hadisədir.
“Çin Prezidenti Si Cinpin, Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında keçirilən, dünyanın ən güclü üç dövlətinin liderlərinin ilk belə görüşü olan Şençjen sammiti tarixi əhəmiyyət daşıyır. Bəşəriyyətin taleyinə biganə olmayan hər kəs bu hadisədən son dərəcə məmnun olmalıdır”, – deyə o bildirib.
Ekspertin sözlərinə görə, Çin bütün dünyaya Avropada artıq unudulmuş diplomatiya sənətinin üstünlüklərini nümayiş etdirib.
Qeyd edək ki, Rusiya, ABŞ və Çin prezidentləri APEC sammiti çərçivəsində Şençjendə ilk dəfə üçtərəfli görüş keçiriblər. Dövlət başçıları mövcud beynəlxalq vəziyyətlə bağlı fikir mübadiləsi aparıb, strateji sabitliyin və beynəlxalq təhlükəsizliyin qorunmasına sadiq olduqlarını bəyan ediblər. Liderlər, həmçinin sülh haqqında bəyannamə qəbul ediblər.


