Son dəqiqə
“Real Madrid” bu oyunçu ilə müqaviləni 2032-ci ilə qədər uzatdı Üçtərəfli görüşdə nələr deyildi… – “Əminəm ki, tarixə düşəcəyik” DİM-in sələfi TQDK-ya kimlər rəhbərlik edib? Türkiyədən Aİ-yə Şengen viza prosedurlarının sadələşdirilməsi çağırışı Bu yerlər Azərbaycan hökumətinə qaytarılır GTA V6 fenomeni səhm qiymətlərini artırdı! Prezident İlham Əliyev: Bu gün Azərbaycan Cənubi Qafqazda əsas logistika və energetika habıdır “Borussiya Dortmund” Yunus Akgünü transfer siyahısına daxil edib Azərbaycan Prezidenti: Heydər Əliyev Fondu Vyetnamla humanitar münasibətlərin dərinləşməsinə fəal surətdə kömək edir Prezident İlham Əliyev: Vyetnam biznesinin Azərbaycan iqtisadiyyatında iştirakı münasibətlərin mühüm tərkib hissəsidir

Türkiyədən Aİ-yə Şengen viza prosedurlarının sadələşdirilməsi çağırışı

Dünya

Türkiyə Şengen vizası üçün müraciət prosesində yaşanan problemlərin aradan qaldırılması məqsədilə Avropa İttifaqına (Aİ) bir sıra təkliflər təqdim edib. Ankara görüşlərin sürətləndirilməsi, sənəd tələblərinin azaldılması və müraciətlərə daha qısa müddətdə baxılmasını istəyir.

Çağdaş.Az xəbər verir ki, Türkiyə, Aİ ilə Viza Sərbəstliyi Dialoqunun başa çatdırılaraq vətəndaşlarının Şengen məkanına vizasız səfər etməsini əsas hədəf kimi saxladığını, bu məqsəd reallaşana qədər isə mövcud viza prosedurlarının sadələşdirilməsi istiqamətində fəaliyyətini davam etdirdiyini bildirib.

Bu çərçivədə noyabrın 18-də Ankarada keçirilən Yerli Şengen Əməkdaşlığı (LSC) qrupunun iclasında Türkiyə Xarici İşlər Nazirliyinin nümayəndələri, Şengen ölkələrinin Türkiyədəki diplomatik missiyaları, Avropa İttifaqının nümayəndəliyi və Avropa Komissiyasının rəsmiləri bir araya gəlib.

İclas zamanı Türkiyə tərəfi Aİ ilə yüksək inteqrasiya səviyyəsini vurğulayaraq Şengen vizası prosesində mövcud çətinliklərin aradan qaldırılması ilə bağlı gözləntilərini səsləndirib.

Ankara xüsusilə:
– viza üçün görüş (randevu) əldə edilməsinin asanlaşdırılmasını;
– müraciətlərə baxılma müddətinin qısaldılmasını;
– tələb olunan sənədlərin sayının azaldılmasını;
– əvvəllər Şengen vizası almış şəxslər üçün prosedurların sadələşdirilməsini istəyib.

Bununla yanaşı, Türkiyə çoxgirişli və daha uzunmüddətli vizaların verilməsinə imkan yaradan Kaskad Viza Sistemi mexanizminin daha geniş tətbiq olunmasını da təklif edib.

Ankara həmçinin Aİ ilə ticarətin fasiləsiz davam etməsi üçün türk TIR sürücülərinin Şengen zonasına maneəsiz girişinin təmin edilməsinin və onların qalma müddəti ilə bağlı məhdudiyyətlərin aradan qaldırılmasının vacibliyini vurğulayıb.

Türkiyə Xarici İşlər Nazirliyi bildirib ki, viza prosedurlarındakı çətinliklər və randevu çatışmazlığı qanunsuz fəaliyyət göstərən saxta konsaltinq şirkətlərinin yaranmasına şərait yaradıb.

Xarici İşlər Nazirliyi həmçinin qeyd edib ki, viza proseslərindəki pozuntular qanunsuz fəaliyyət göstərən və vətəndaşların görüş təyin etməsini çətinləşdirən sözdə məsləhət şirkətləri üçün münbit zəmin yaradıb. Bildirilib ki, Ədliyyə, Ticarət və Daxili İşlər nazirlikləri ilə əməkdaşlıq çərçivəsində bu qurumlara qarşı əməliyyatlar aparılıb və bir çox şəxsə qarşı məhkəmə prosesi başlayıb.

Rəsmi məlumata görə, Türkiyənin təşəbbüsləri nəticəsində son iki illə müqayisədə Aİ ölkələrinin universitetlərindən qəbul alan türk tələbələrin viza müraciətlərində yaşadıqları problemlər əhəmiyyətli dərəcədə azalıb.

Bildirilir ki, 2026-cı ildə bu məsələ ilə bağlı Xarici İşlər Nazirliyinə yalnız məhdud sayda fərdi müraciət daxil olub və qalan problemlərin həlli istiqamətində Aİ tərəfi ilə danışıqlar davam etdirilir.

Eyni zamanda, Türkiyə və Aİ qurumları arasında aparılan danışıqların nəticəsi olaraq, türk vətəndaşlarına tətbiq olunan Şengen viza prosedurlarının təkmilləşdirilməsi məqsədilə Şengen ölkələrinin Türkiyədəki diplomatik nümayəndəlikləri arasında ayrıca işçi qrupunun yaradıldığı bildirilib.