Son dəqiqə

Azərbaycan-İtaliya arasında 7 əməkdaşlıq sənədi imzalanıb

Cəmiyyət

Azərbaycan-İtaliya biznes-forumu çərçivəsində iki ölkə arasında kritik xammal sahəsində üçüncü dövlətlərlə birgə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Cagdas.az xəbər verir ki, bundan əlavə Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə İtaliyanın “Leonardo S.p.A.” şirkəti arasında yüksək məhsuldarlıqlı hesablama sistemləri və süni intellekt sahəsində əməkdaşlığa dair, İtaliyanın “Cassa Depositi e Prestiti S.p.A.” şirkəti ilə Azərbaycan Biznesin İnkişafı Fondu arasında biznes və investisiya əməkdaşlığının inkişafına dair, “Baku Steel Company” QSC, “Dismas Trading S.r.l.” və “Edgar H. Greenham & Co. S.r.l.” arasında yerli sənaye məhsullarının ixracının təşviqi üzrə, Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası ilə “FINCO” şirkəti arasında tikinti və tikinti materialları sənayesi sahələrində əməkdaşlığın genişləndirilməsi barədə, “IVECO” və “Azteximport” şirkətləri arasında ictimai nəqliyyat sektorunda əməkdaşlığın gücləndirilməsi üzrə, “SIMEST S.p.A.” ilə İtaliya–Azərbaycan Ticarət Palatası arasında iki ölkə arasında ticarət, investisiya və biznes əməkdaşlığının gücləndirilməsinə dair anlaşma memorandumları, həmçinin “Nort West Construction” MMC ilə “FALORNI TECH S.R.L.” şirkəti arasında Qaradağ Şüşə Zavodunun modernləşdirilməsi üzrə müqavilə olmaqla 7 sənəd mübadilə edilib.

Həmçinin Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi ilə İtaliyanın Ticarət Agentliyi arasında ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, investisiya layihələrinin təşviqi üzrə Anlaşma Memorandumu imzalanıb.

***

11:54

Azərbaycan və İtaliya arasında müqavilə-hüquq bazasının möhkəmləndirilməsi məqsədilə yaxın vaxtlarda “Sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında” yeni ikitərəfli sazişin imzalanması hədəflənir.

Cagdas.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Azərbaycan-İtaliya biznes forumunda bildirib.

O bildirib ki, iki ölkə birlikdə bu işi həyata keçirməyi ümid edir: “Azərbaycan İtaliyanın enerji bazarında həm təchizatçı, həm də uzunmüddətli investor kimi iştirak edir. Enerji əməkdaşlığı ikitərəfli işbirliyində əsas istiqamət olaraq qalır. Cənub Qaz Dəhlizi ölkələrimizin uzunmüddətli əməkdaşlığının mühüm göstəricisidir. Dəhlizin Avropa hissəsi olan Trans-Adriatik Qaz Boru Kəməri ilə nəql edilən Azərbaycan qazı İtaliya və bir sıra Avropa ölkələrinin enerji təhlükəsizliyinə töhfə verir”.

Nazir qeyd edib ki, eyni zamanda Mərkəzi Asiyanın enerji resurslarının Xəzər dənizi üzərindən Avropaya çatdırılması, o cümlədən Xəzər regionunda bərpaolunan enerji mənbələrindən istehsal edilən elektrik enerjisinin Avropaya ixracı istiqamətində tərəfdaşlarımızla işləyirik”.\modern.az\