Son dəqiqə
4 oktyabrda bizi nələr gözləyir? – ULDUZ FALI Nazir təhsil işçilərini təltif etdi – SİYAHI Daha bir qurumda yoxlamalar başladı – rəhbər vəzifəsindən azad edildi Azərbaycanda ən çox və ən az pul yatırılan RAYON VƏ ŞƏHƏRLƏR Kürün qədim ana yatağının izləri üzə çıxdı – FOTOLAR Ərdoğan Şanlıurfada Azərbaycan bulvarının açılışında iştirak etdi Kiyevə hücumun qisası alındı: Rusiya daxilində kritik hərbi obyektlər VURULDU İran yenidən bombalanacaq – Tehran böyük hücuma hazırlaşır Arvadı evdən çölə buraxmayan kişilər CƏRİMƏLƏNƏCƏK Zəngəzurda saxlanılan əsgərimizin taleyi necə olacaq? – AÇIQLAMA
Reklam
Reklam

Füzulidə DOST məntəqəsi fəaliyyətə başlayıb

Cəmiyyət

Füzuli şəhərində Qarabağ Regional DOST Mərkəzinin DOST məntəqəsi fəaliyyətə başlayıb.

Cagdas.az xəbər verir ki, məntəqənin açılış mərasimində iştirak edən əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin birinci müavini Samir Hümbətov orada yaradılan şəraiti və xidmətlərin göstərilməsi prosesini nəzərdən keçiriblər.

DOST məntəqəsində daim yüksək səviyyədə xidmətlərin göstərilməsi, habelə məşğulluqla bağlı müraciət edən sakinlərin aktiv məşğulluq proqramlarına cəlb edilmələri istiqamətində xidmətlərin yüksək səviyyədə göstərilməsinin həyata keçiriləcəyi qeyd edilib.

Diqqətə çatdırıllb ki, Böyük Qayıdış Proqramına uyğun olaraq dogma yurd yerlərinə qayıdan insanların DOST xidmətləri ilə əhatə edilmələri üçün ardıcıl işlər aparılır.

Qeyd edək ki, 2022-ci ildə Zəngilanın Ağalı kəndində “Smart DOST” məntəqəsi, 2023-cü ildə Bərdədə 10 rayon və şəhərin (Bərdə, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Xocalı, Şuşa, Xocavənd, Ağdərə, Xankəndi) sakinlərinə xidmət göstərən Qarabağ Regional DOST Mərkəzi və 2024-cü ildə onun Şuşada filialı, bu ilin avqust ayında isə Kəlbəcərdə DOST məntəqəsi açılıb.