• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
23.8° Weather Columbus
$
1.7
€
1.9351
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Ramiz Mehdiyev daha bir vəzifədən çıxarıldı

28 Noyabr, 25 / 13:46
A A

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyətinin tərkibindən çıxarılıb.

 Cagdas.az saytının əldə etdiyi eksklüziv məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bununla bağlı 12 noyabr 2025-ci il tarixli 797 nömrəli Sərəncam imzalayıb.

Qeyd edək ki, Ramiz Mehdiyev 2024-cü ilin oktyabrına kimi Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyəti sədrinin birinci müavini postunu tutub. Ötən ilin oktyabrında Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyəti haqqında Əsasnamədə dəyişiklik edilib. Həmin dəyişikliyə əsasən, redaksiya heyəti sədrinin birinci müavini postu ləğv edilib. Nəticədə Ramiz Mehdiyev Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin tərkibində sadəcə adi üzv kimi qalıb.

Beləliklə, 12 noyabr 2025-ci il tarixli Sərəncamla R.Mehdiyev Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyətinin adi üzvlüyündən də çıxarılıb.

Xatırladaq ki, Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin sonuncu tərkibi dövlət başçısının 1 noyabr 2018-ci il tarixli 636 nömrəli Sərəncamı ilə təsdiqlənib.

Hazırda Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin sədri Prezident İlham Əliyevdir.

Redaksiya heyəti sədrinin müavinləri Akif Əlizadə (AMEA-nın həqiqi üzvü), İbrahim Quliyev (AMEA-nın həqiqi üzvü) və Anar Rzayevdir (Xalq yazıçısı).

Azərbaycan Milli Ensiklopediyasının baş redaktoru İsa Həbibbəyli (AMEA-nın prezidenti), məsul katibi Tofiq Nağıyevdir (AMEA-nın vitse-prezidenti).

Akademik Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.

Bir müddət öncə Səbail rayon Məhkəməsində Ramiz Mehdiyev barədə cinayət işi üzrə qərar qəbul edilib. Məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.

87 yaşlı Ramiz Mehdiyev 1995-2019-cu illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, 2019-2022-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti olub. O, hazırda Azərbaycan Milli Elmlər Akademikasının həqiqi üzvüdür.(modern.az)

Bənzər Xəbərlər

Cəmiyyət

Azərbaycanla bu ölkə arasında viza tələbi ləğv EDİLDİ

İyun 29, 2026
Cəmiyyət

Azərbaycanda tikinti sahəsi ilə bağlı YENİ QƏRAR

İyun 29, 2026
Cəmiyyət

Rusiya XİN-dən AZAL təyyarəsi ilə bağlı YENİ AÇIQLAMA

İyun 29, 2026
Cəmiyyət

Məktəblərdə telefon istifadə qadağan edildi – Nazirdən qərar

İyun 29, 2026
Cəmiyyət

AMB: Azərbaycanın ödəniş sistemləri xarici ölkələrlə inteqrasiya olunacaq

İyun 29, 2026
Cəmiyyət

Prezident fərman imzaladı

İyun 29, 2026

XƏBƏR LENTİ

Azərbaycanla bu ölkə arasında viza tələbi ləğv EDİLDİ

29 İyun, 26 / 17:13

Azərbaycanda tikinti sahəsi ilə bağlı YENİ QƏRAR

29 İyun, 26 / 16:57

Rusiya XİN-dən AZAL təyyarəsi ilə bağlı YENİ AÇIQLAMA

29 İyun, 26 / 16:43

Məktəblərdə telefon istifadə qadağan edildi – Nazirdən qərar

29 İyun, 26 / 16:30

AMB: Azərbaycanın ödəniş sistemləri xarici ölkələrlə inteqrasiya olunacaq

29 İyun, 26 / 16:18

Prezident fərman imzaladı

29 İyun, 26 / 16:04

İlham Əliyev Fərman imzaladı

29 İyun, 26 / 15:50

Hövsanda evlər sökülür – Kompensasiya veriləcək

29 İyun, 26 / 15:36

“Yanacaqla bağlı ciddi problemlərimiz var” – Putin etiraf etdi

29 İyun, 26 / 15:23

Ermənistan əriyi Azərbaycan bazarında – İDDİA və REAKSİYA

29 İyun, 26 / 15:08
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.