Son dəqiqə
Sabiq vəzifəli şəxs həbs edildi – FOTO Putin NATO-nu 1997-ci il mövqelərinə qaytarmaq istəyir Gələn il televiziya, radio və nəşriyyatlara 68 milyon manat ayrılacaq Şagirdlərə düşən illik təhsil xərcləri təsdiqlənib Naxçıvan Ali Məclisi sədrinin müavini və əməkdaşları binadan çıxarıldı Eyni dərman apteklərdə niyə fərqli qiymətə satılır? – Tarif Şurasından açıqlama Əli Əsədov bu işçilərin maaşlarını təsdiqlədi – MƏBLƏĞLƏR Türkiyəli general Ərdoğanın Azərbaycana qarşı olan baş müşavirindən danışdı ABŞ-də yeni ştatın yaradılması səsverməyə çıxarılacaq ABŞ İranda vurulacaq hədəflərin siyahısını hazırladı

Baş nazirdən dinc dövrdə hərbi xidmətə yararsız şəxslərlə bağlı QƏRAR

Cəmiyyət

Dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 30 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçiriləcəklər.

Cagdas.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də etdiyi dəyişiklikdə əksini tapıb.

İndiyə qədər qüvvədə olan qərara əsasən, hərbi xidmətə çağırış zamanı “sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” sayılmış və bununla əlaqədar ehtiyata keçirilmiş vətəndaşlar 35 yaşa çatana qədər 3 ildən bir məcburi şəhadətləndirilmə keçirlər.