ABŞ Prezidenti Donald Tramp cümə günü Vaşinqtondakı Kennedi Mərkəzində keçiriləcək Dünya Çempionatının final püşkatma mərasimində çıxış edəcək və Meksika Prezidenti Klaudiya Şeinbaum, eləcə də Kanada Baş naziri Mark Karni ilə birlikdə simvolik püşkatmada iştirak edəcək.
“Cagdas.az” “Politico”ya istinadən bildirir ki, ABŞ prezidenti Donald Tramp bugün Vaşinqtonda yerləşən Kennedi Mərkəzində keçiriləcək Dünya Kubokunun püşkatma mərasimində səhnəyə çıxacaq və FIFA-nın təsis etdiyi ilk sülh mükafatını qəbul edəcək.
Püşkatma zamanı komandalar Mundialın ilk qrup mərhələsində hansı rəqiblərlə qarşılaşacaqlarını öyrənəcəklər. Tramp, Meksika prezidenti Klaudiya Şeynbaum və Kanadanın baş naziri Mark Karninin mərasimin simvolik püşkatma hissəsində iştirak edəcəyi gözlənilir. Bu, Tramp ilə Karni arasında Kanada ticarət siyasəti ilə bağlı reklam mübahisəsindən sonra onların ilk birgə ictimai çıxışı olacaq. Həmçinin Şeinbaum ilə Tramp ilk dəfə üz-üzə görüşəcək.
















