Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Sumqayıta qatarla getmək istəyənlərə MÜJDƏ – hərəkət bərpa olunur

Cəmiyyət

Xırdalan-Sumqayıt xətti üzrə sərnişin qatarlarının hərəkəti bərpa olunur. 

Bu barədə Cagdas.az -a “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.

Bildirilib ki, Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində Xırdalan–Güzdək sahəsində dəmiryol xətlərinin altından yeni avtomobil yolu keçidinin inşası tamamlanıb və dəmir yolu ilə sözügedən istiqamətdə sərnişindaşımanın bərpası üçün hazırlıq işlərinə başlanıb.

Hazırda Xırdalan–Sumqayıt sahəsi üzrə yol infrastrukturuna baxış keçirilir, eyni zamanda, bu istiqamətdə təyin olunacaq yeni reyslər üzrə istismara veriləcək hərəkət tərkiblərinin təmiri işləri davam etdirilir. Bütün bu işlər başa çatdıqdan sonra Bakı-Xırdalan-Sumqayıt marşrutu ilə qatarların Sumqayıta hərəkəti yeni tədris ili başlayanadək bərpa olunacaq.

Sözügedən qatarlar həmişəki qaydada həftənin bütün günlərində mövcud dayanacaqlar üzrə hərəkət edəcək.(modern.az)