• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
24.5° Weather Columbus
$
1.7
€
1.9456
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

ABŞ-dən Azərbaycanla bağlı ÖNƏMLİ qərar – Bu qırıcılar verilə bilər

20 İyul, 26 / 13:08
A A

Amerika Birləşmiş Ştatlarının nüfuzlu media və siyasi dairələrində Azərbaycanla hərbi-strateji tərəfdaşlığın miqyasını genişləndirmək, xüsusən də Bakıya müasir döyüş təyyarələrinin satılmasını təmin etmək barədə səslənən çağırışlar Cənubi Qafqazın hərbi geosiyasətində yeni bir müzakirə dalğası başladıb.

“Henry Public Relations” şirkətinin rəhbəri və “Newsmax TV”nin analitiki Brayan E. Leybin rəsmi Vaşinqtonu 1992-ci ildən bəri qüvvədə olan ədalətsiz 907-ci düzəlişi tamamilə ləğv etməyə çağırması ABŞ-ın regiondakı maraqlarının ciddi şəkildə dəyişdiyini nümayiş etdirir. Azərbaycan Hərbi Hava Qüvvələrinin son vaxtlar həyata keçirdiyi təlim uçuşlarına rəy bildirən amerikalı ekspert, rəsmi Bakının etibarlı və sınaqlardan keçmiş müttəfiq olduğunu əsas gətirərək hərbi embarqoların mənasızlığını dilə gətirib. Konqres üzvü Anna Paulina Lunanın təqdim etdiyi qanun layihəsindən sonra bu mövzunun yenidən aktuallaşması, ABŞ-ın hərbi-sənaye kompleksinin regiondakı nəhəng hərbi bazarı əldən vermək qorxusundan qaynaqlanır.

Cagdas.az xəbər veriri ki məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Əli Əkbəroğlu qeyd edib ki, ABŞ-dan gələn bu sensasion çağırışlar əslində Vaşinqtonun regionda tamamilə reallığa söykənən siyasət yürütmək məcburiyyətində qaldığını göstərir: “Amerika siyasi elitası açıq şəkildə görür ki, onilliklər əvvəl erməni lobbisinin diqtəsi ilə qəbul edilən qərarlar indi ABŞ-ın öz xarici maraqlarına mane olur. Azərbaycan artıq Cənubi Qafqazda güc balansını təkbaşına diktə edən dövlətdir və müdafiə sənayesini inkişaf etdirmək üçün hansısa dövlətin icazəsinə və ya lisenziyasına möhtac deyil. Bədnam 907-ci düzəliş bəhanə edilərək Bakıya tətbiq olunan süni məhdudiyyətlər ABŞ hərbi şirkətlərini böyük qazanclardan məhrum edir. Lakin cari ilin sonuna qədər Konqresdən bu aktın tamamilə ləğv olunacağını gözləmək həddindən artıq optimist yanaşma olardı. Çünki Amerika qanunverici orqanında kök salmış ermənipərəst qruplar hər vəchlə bu layihənin qarşısını kəsməyə və administrativ əngəllər yaratmağa çalışacaqlar”.

Onun sözlərinə görə, ABŞ-ın qırıcı təyyarələr təklif etmək mərhələsinə gəlməsi Bakının apardığı çoxşaxəli və müstəqil hərbi diplomatiyanın böyük uğurudur: “Azərbaycan öz hava məkanının təhlükəsizliyini təmin etmək məqsədilə artıq Pakistan və Çin birgə istehsalı olan ən müasir beşinci nəsil texnologiyalı ‘JF-17C’ qırıcılarını arsenalına daxil edib, eyni zamanda qardaş Türkiyə ilə hərbi-texniki inteqrasiyanı maksimum səviyyəyə çatdırıb. Vaşinqton dərk edir ki, hərbi sahədə Bakıya təzyiq etmək və ya onu sanksiyalarla qorxutmaq alətləri artıq işləmir. Əksinə, ABŞ bu cür qərəzli addımlarla regiondakı strateji mövqelərini digər qlobal oyunçulara uduzur. Konqresin cari ilin sonunadək bədnam qanunu tamamilə ləğv etməsi hüquqi prosedurların mürəkkəbliyi səbəbindən çətin görünsə də, Amerika mətbuatında və analitik mərkəzlərində Azərbaycana silah satışının vacibliyinin bu səviyyədə müdafiə olunması rəsmi Bakının növbəti geosiyasi və diplomatik üstünlüyünün bariz nümunəsidir”.

Bənzər Xəbərlər

Cəmiyyət

Dünyanın ən gözəl sözü bu imiş – MƏNASI…

İyul 20, 2026
Cəmiyyət

III qrupların DİQQƏTİNƏ! – Aşağı nəticə ilə qəbul şansı olan İXTİSASLAR

İyul 20, 2026
Cəmiyyət

Xaricdə oxuyan azərbaycanlıların ən çox seçdiyi ölkələr – SİYAHI

İyul 20, 2026
Cəmiyyət

Avropada təhlükəli istilər: Temperatur 50 dərəcəyə çata bilər

İyul 20, 2026
Cəmiyyət

Hansı universitet daha çox təqaüd verir? – RƏQƏMLƏR

İyul 20, 2026
Cəmiyyət

Aeroport tikmək üçün 5 dağın zirvəsini kəsdilər

İyul 20, 2026

XƏBƏR LENTİ

Yer əvvəllər isti olmayıb? – YENİ NƏTİCƏ

20 İyul, 26 / 23:49

Dünyanın ən gözəl sözü bu imiş – MƏNASI…

20 İyul, 26 / 23:35

“Real Madrid” dünya çempionatlarında tarixi rekorda imza atdı

20 İyul, 26 / 23:00

III qrupların DİQQƏTİNƏ! – Aşağı nəticə ilə qəbul şansı olan İXTİSASLAR

20 İyul, 26 / 22:48

DÇ-2026 nə ilə yadda qaldı? Rekordlar, skandallar, siyasət və əfsanəvi anlar

20 İyul, 26 / 22:33

Xaricdə oxuyan azərbaycanlıların ən çox seçdiyi ölkələr – SİYAHI

20 İyul, 26 / 22:19

Avropada təhlükəli istilər: Temperatur 50 dərəcəyə çata bilər

20 İyul, 26 / 22:05

Hansı universitet daha çox təqaüd verir? – RƏQƏMLƏR

20 İyul, 26 / 21:53

Aeroport tikmək üçün 5 dağın zirvəsini kəsdilər

20 İyul, 26 / 21:39

Sarkisyan 200 illik qalanı satmaqda ittiham olunur

20 İyul, 26 / 21:23
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.