Son dəqiqə

ABŞ İsraili əmin edib ki, ortaq məqsədlərə sadiq qalır – Netanyahu

Dünya

ABŞ qarşıdan gələn İran danışıqları zamanı İsraillə ortaq məqsədlərə sadiq qalacağını təsdiqləyib. Bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu açıqlamasında bildirib.

Çağdaş.Az bildirir ki, məlumatı “The Times of Israel” yayıb.

Açıqlamada deyilir:
“ABŞ İsrailə bildirib ki, qarşıdakı danışıqlarda ABŞ, İsrail və İsrailin regional müttəfiqləri tərəfindən paylaşılan bu məqsədlərə nail olunmasına sadiqdir.”

ABŞ Prezidenti Donald Tramp isə ABŞ ilə İran arasında ikitərəfli atəşkəsin iki həftə qüvvədə olacağını açıqlayıb. Onun sözlərinə görə, bu qərar İranın Hörmüz boğazını tam, dərhal və təhlükəsiz şəkildə açmağa razılıq verməsindən asılıdır.

Eyni zamanda, Pakistanın Baş naziri Şahbaz Şarif ABŞ və İran nümayəndə heyətlərini aprelin 10-da İslamabadda keçiriləcək növbəti danışıqlara dəvət edib.

CNN-in məlumatına görə, ABŞ-ın vitse-prezidenti JD Vans, xüsusi nümayəndə Stiv Uitkoff və iş adamı, prezidentin kürəkəni Yared Kuşnernin də bu sülh danışıqlarında iştirakı gözlənilir.