Son dəqiqə

ABŞ və İsrail hücumları davam edir! İranda bir çox şəhərdə partlayış səsləri – VİDEO

Dünya

ABŞ və İsrailin gecə boyu İrana qarşı həyata keçirdiyi hücumlar nəticəsində, başda Tehran və İsfahan olmaqla, bir çox bölgədə güclü partlayışlar baş verib.

Çağdaş.Az xəbər verir ki, ABŞ və İsrailin İrana yönəlik hücumları bütün şiddəti ilə davam edir. ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) yaydığı açıqlamada bildirilib ki, İranın hərbi imkanlarını hədəf alan yeni zərbələr endirilib. Açıqlamada qeyd olunub: “ABŞ, İran rejiminin ölkə hüdudlarından kənarda təsirli şəkildə güc nümayiş etdirmə qabiliyyətini aradan qaldırmaq istiqamətində fəaliyyətini davam etdirir.”

İsrail Müdafiə Qüvvələri (IDF) isə İranın paytaxtı Tehranda rejimə aid hədəflərə qarşı yeni hücum dalğasının başa çatdığını açıqlayıb. Bildirilib ki, “Daha ətraflı məlumat yaxın saatlarda ictimaiyyətə təqdim olunacaq.”

İran mətbuatı xəbər verir ki, başda Tehran və İsfahan olmaqla, bir çox bölgə ABŞ və İsrailin hücumlarının hədəfinə çevrilib. Baş verən güclü partlayışlar isə kameralara əks olunub.