Son dəqiqə
Apple yeni ağıllı ev cihazlarını 13 oktyabrda təqdim etməyə hazırlaşır Alim: Süni intellekt ölümcül virus yaratmaqla bəşəriyyətə qalib gələ bilməz Pakistanın Əfqanıstana endirdiyi hava zərbələri nəticəsində azı 9 nəfər ölüb Putin: Rusiya ilə Çin arasında münasibətlər tarixdə görünməmiş yüksək səviyyədədir Xəyal dünyasında yaşayan 3 bürc: Ayaqları yerə dəymir Arıqlama dərmanı xərçəng riskini artırır? – Alimlərdən açıqlama “Qarabağ”ın futbolçusu Kərbəla ziyarətinə getdi – GÖRÜNTÜ ASELSAN Naxçıvanda zavod açacaq Oktyabrın ilk günlərində temperatur 5-8 dərəcə enəcək Azərbaycan və Özbəkistan arasında hərbi əməkdaşlıq planı imzalandı
Reklam
Reklam

Apple yeni ağıllı ev cihazlarını 13 oktyabrda təqdim etməyə hazırlaşır

Texnologiya

Apple ağıllı ev texnologiyaları sahəsində mövqeyini gücləndirməyə hazırlaşır.

Çağdaş.Az xəbər verir ki, Şirkətin uzun müddətdir gözlənilən yeni ağıllı ev məhsulları seriyasını 13 oktyabr 2026-cı ildə istifadəçilərə təqdim edəcəyi bildirilir.

Bu addımın Apple-ın ağıllı ev bazarında fəaliyyətini genişləndirməyə və şirkətin bu sahədəki mövqeyini daha da möhkəmləndirməyə hesablandığı qeyd olunur.

Apple-ın təqdim etməyə hazırlaşdığı yeni məhsullar arasında divara və ya masa üzərinə quraşdırıla bilən, iPad-ə bənzər ağıllı ev ekranı da yer alır.

Yeni cihaz süni intellektlə təchiz edilmiş, tamamilə yenilənmiş Siri səsli köməkçisinin evlərdə əsas idarəetmə mərkəzi rolunu oynayacaq.

Daxili kamera və mikrofonlarla təchiz edilən cihaz otağa yaxınlaşan şəxsləri səs və üz tanıma texnologiyası vasitəsilə müəyyən edə biləcək.

Sistem iPhone-dakı Face ID qədər yüksək təhlükəsizlik səviyyəsinə malik olmasa da, əlavə təsdiqləmə tələb etmədən istifadəçilərin şəxsi məlumatlarını qorumaq imkanına sahib olacaq.

İstifadəçi cihaza yaxınlaşdıqda ekranda ona məxsus təqvim, mesajlar və şəxsi seçimlər avtomatik əks olunacaq. Evdə tanımadığı şəxslər olduqda isə məxfi məlumatlar gizlədiləcək.

Bundan başqa, ailə üzvləri şəxsi məlumatlarına daxil olmaq üçün əlavə cihaz vasitəsilə kimliklərini təsdiqləyə biləcəklər.

Təqdimat zamanı 2020-ci ildə ilk dəfə satışa çıxarılan HomePod Mini modelinin yenilənmiş versiyasının da nümayiş etdirilməsi gözlənilir. Yeni prosessorla təchiz ediləcək cihaz Siri-nin süni intellekt imkanlarını dəstəkləyəcək. Məhsulun çəhrayı və yaşıl da daxil olmaqla yeni rəng seçimləri ilə satışa çıxarılacağı bildirilir.

Yeni nəsil Apple TV isə mövcud dizaynını qoruyacaq, lakin daha təkmil süni intellekt modeli və prosessorla təchiz ediləcək.

Əvvəlcə bu cihazların daha erkən satışa çıxarılması gözlənilsə də, Apple-ın süni intellektlə yenilənmiş Siri sisteminin inteqrasiyasını tamamlamaq üçün təqdimatı təxirə saldığı bildirilir.