Son dəqiqə
Arıqlama dərmanı xərçəng riskini artırır? – Alimlərdən açıqlama “Qarabağ”ın futbolçusu Kərbəla ziyarətinə getdi – GÖRÜNTÜ ASELSAN Naxçıvanda zavod açacaq Oktyabrın ilk günlərində temperatur 5-8 dərəcə enəcək Azərbaycan və Özbəkistan arasında hərbi əməkdaşlıq planı imzalandı Pul köçürmələrində yeni hədd aylıq 50 min manata qaldırıldı Bəzi hərbi qulluqçuların məzuniyyət və müalicə ödənişləri dəyişir Bakıda sərçələr niyə əvvəlki kimi görünmür? İşə qayıdanlara pensiya əlavəsi azaldıla və ya dayandırıla bilər Hər sahibkara «pitch deck» lazım deyil: Asiyada işin gələcəyinin gözdən qaçan orta halqası
Reklam
Reklam

Arıqlama dərmanı xərçəng riskini artırır? – Alimlərdən açıqlama

Cəmiyyət

Məşhur diabet və arıqlama preparatı olan semaglutidin mədəaltı vəzi xərçəngi riskini artırmadığı müəyyənləşib.

Cagdas.az xəbər verir ki, alimlər Danimarka, İsveç və Norveçdə semaglutid qəbul edən 97 464 nəfərin tibbi məlumatlarını təhlil ediblər. Nəticələr Avropa Diabet Araşdırmaları Assosiasiyasının (EASD) illik konfransında təqdim olunub.

 

Araşdırma zamanı semaglutid qəbul edən şəxslər diabetin müalicəsində digər dərmanlardan istifadə edən insanlarla müqayisə edilib. Birinci qrupda mədəaltı vəzi xərçənginin 131, ikinci qrupda isə 123 halı qeydə alınıb.

 

Müşahidə müddəti nəzərə alındıqda iki qrup arasında xəstəliyin inkişaf riski baxımından əhəmiyyətli fərq aşkarlanmayıb. Həmçinin semaglutidin daha yüksək dozada və ya daha uzun müddət istifadəsinin xərçəng riskini artırdığına dair də hər hansı əlamət müəyyən edilməyib.

 

Semaglutid və digər GLP-1 qrupundan olan preparatlarla bağlı narahatlıqlar daha əvvəl bəzi yan təsirlərlə bağlı məlumatlar və heyvanlar üzərində aparılan təcrübələr zamanı mədəaltı vəzi toxumalarında müşahidə edilən dəyişikliklərdən sonra yaranmışdı.

 

Yeni araşdırmanın müəllifləri əldə olunan nəticələrin semaglutidin uzunmüddətli istifadəsi ilə mədəaltı vəzi xərçəngi arasında əlaqə olduğuna dair əvvəlki narahatlıqları təsdiqləmədiyini bildiriblər.\sfera.az\