Son dəqiqə
Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaq “Formula 1” yarışı ilə əlaqədar Bakı Şəhər Halqasının keçdiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub Abşeronda Anım Günü ilə bağlı tədbir keçirilib Aydaska555official-in TikTok fəaliyyəti geniş auditoriyanın diqqətində Sabah Bakı və Abşeron yarımadasında hava yağmursuz keçəcək DTX və XKX rəisləri Zəfər parkını ziyarət ediblər Prezidentin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb Azərbaycanda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib Xocalıda Anım Günü ilə bağlı Şəhidlər xiyabanı ziyarət olunub Türkiyə XİN: Qarabağ uğrunda şəhid olan azərbaycanlıları hörmət və rəhmətlə anırıq

“Arzum” yenidən hakim qarşısına çıxarılacaq

Maqazin

Yol-nəqliyyat hadisəsində bir nəfərin ölümü və digərinin xəsarət almasında təqsirləndirilən “Arzum 9999” ləqəbli tiktoker İlduzə Hacıyeva barəsindəki hökmdən apellyasiya şikayəti verib.

Çağdaş.Az Oxu.az-a istinadən bildirir ki, təqsirləndirilən tiktokerin vəkili Hikmət Əliyev məlumat verib.

Vəkilin bildirdiyinə görə, İlduzə Hacıyeva Xəzər Rayon Məhkəməsinin barəsində çıxardığı qərardan narazıdır.

Qeyd edək ki, Xəzər Rayon Məhkəməsinin hökmünə əsasən, tiktoker İlduzə Hacıyeva 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.

Dövlət ittihamçısı isə məhkəməyə xanım tiktokerin 5 il 9 ay müddətinə azadlıqdan məhrum olunmasını təklif etmişdi.

Xatırladaq ki, hadisə 2025-ci ilin iyununda paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsində qeydə alınıb. Qəza nəticəsində qarşı tərəfdən bir nəfər ölüb, digəri isə ağır xəsarət alıb.

“Arzum 9999” ləqəbli tiktokerə qarşı Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması – ölümlə nəticələndikdə) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ittiham irəli sürülüb.