Son dəqiqə
Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaq “Formula 1” yarışı ilə əlaqədar Bakı Şəhər Halqasının keçdiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub Abşeronda Anım Günü ilə bağlı tədbir keçirilib Aydaska555official-in TikTok fəaliyyəti geniş auditoriyanın diqqətində Sabah Bakı və Abşeron yarımadasında hava yağmursuz keçəcək DTX və XKX rəisləri Zəfər parkını ziyarət ediblər Prezidentin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb Azərbaycanda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib Xocalıda Anım Günü ilə bağlı Şəhidlər xiyabanı ziyarət olunub Türkiyə XİN: Qarabağ uğrunda şəhid olan azərbaycanlıları hörmət və rəhmətlə anırıq

Sevda 11 il sonra bunu edəcək

Maqazin

Tanınmış müğənni, estrada ulduzu Sevda Yahyayeva 11 illik fasilədən sonra solo konsert proqramı ilə çıxış edəcək.

Çağdaş.Az xəbər verir ki, “Darıxmışam” adlı konsert 17 oktyabrda Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçiriləcək.

Sənətçi konsertlə bağlı təəssüratlarını bölüşüb:

“11 ildən sonra növbəti solo konsertimi edirəm. Sonuncu dəfə sevənlərimlə görüşüm 2015-ci ildə Yaşıl Teatrda olmuşdu. Səbirsizliklə dinləyicilərimlə görüşümü gözləyirəm. Çox maraqlı repertuar və fərqli bir Sevda görəcəksiniz”, – deyə S. Yahyayeva bildirib.

“Darıxmışam” adlı konsert Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti ilə keçiriləcək. Konsertin dirijoru İlahə Hüseynovadır./Musavat.com/