• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
28.5° Weather Columbus
$
1.7
€
1.9747
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

“ASAN xidmət”də çalışanlara maaş yeni qayda ilə VERİLƏCƏK

06 İyun, 26 / 17:54
A A

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ayrılan vəsaitdən istifadə qaydası təsdiqlənib.

Çağdaş.Az xəbər verir ki, Dövlət Agentliyinin “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən digər dövlət orqanlarının işçilərinin mükafatlandırılması məqsədi ilə ayrılan vəsaitdən istifadə qaydasını müəyyən edəcək.

Qaydalara əsasən, “ASAN xidmət” mərkəzləri üçün ayrılmış vəsait hər ay Dövlət Agentliyi tərəfindən mərkəzlərin müvafiq xəzinə hesablarına köçürüləcək.

Vəsaitin Dövlət Agentliyi və “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən digər dövlət orqanlarının işçiləri arasında bölgüsü ayda bir dəfə olmaqla hər ay üçün növbəti ayda həyata keçiriləcək. Ayrılan vəsaitin bölgüsü Dövlət Agentliyinin Aparatına münasibətdə Dövlət Agentliyinin sədrinin, “ASAN xidmət” mərkəzlərinə münasibətdə müvafiq mərkəz direktorunun əmri əsasında təsdiq ediləcək.

Dövlət Agentliyinin Aparatının işçisinə əmək məzuniyyətində olduğu dövrdə mükafat müvafiq ay üzrə məzuniyyət günlərinə düşən mükafat məbləğinin 50 %-i miqdarında, Dövlət Agentliyinin “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən işçisinə əmək məzuniyyətində olduğu dövrdə mükafat müvafiq ay üzrə məzuniyyət günlərinə düşən mükafat məbləğinin 80 %-i miqdarında ödəniləcək.

“ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən digər dövlət orqanlarının işçisinə əmək məzuniyyətində olduğu dövrdə mükafat “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzlərində və səyyar xidmətlərdə nəzarət və qiymətləndirmə Qaydaları”na uyğun olaraq hesablanmış aylıq yekun balına müvafiq miqdarda ödəniləcək.

Mükafat aşağıdakı günlər üçün hesablanmayacaq:

İşçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi, həmçinin hamiləliyə və doğuşa görə məzuniyyətdə olduğu günlər;
işçinin ödənişli yaradıcılıq və təhsil məzuniyyətində, qismən ödənişli sosial məzuniyyətdə və ödənişsiz məzuniyyətdə olduğu günlər.
Dövlət Agentliyində və “ASAN xidmət” mərkəzlərində 6 aydan az fəaliyyət göstərən işçilərə və digər dövlət orqanlarının işçilərinə, habelə “ASAN xidmət” mərkəzinin direktoru ilə razılaşdırmadan əmək məzuniyyətinə çıxan digər dövlət orqanlarının işçilərinə əmək məzuniyyətində olduğu dövr üzrə mükafat ödənilməyəcək.

Dövlət Agentliyinin işçisi barəsində yazılı qaydada xəbərdarlıq edildikdə növbəti ay üçün həmin işçiyə bu Qaydaya uyğun müəyyən edilən mükafata 30 %-i, təqvim ilində təkrar yazılı qaydada xəbərdarlıq edildikdə 50 %-i, intizam tənbehinin qüvvədə olduğu müddət ərzində isə 100 %-i miqdarında azaltma tətbiq edilməklə hesablama aparılacaq. İntizam tənbeh tədbirinin vaxtından əvvəl götürülməsi ilə bağlı təqdimat olduqda Dövlət Agentliyinin sədrinin əmri ilə intizam tənbeh tədbiri vaxtından əvvəl ləğv edilə və mükafat ödənilə biləcək.

Vəsaitin 20 %-i Dövlət Agentliyinin Aparatının işçilərini mükafatlandırılmaq, habelə Dövlət Agentliyinin işçilərinə və “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən digər dövlət orqanlarının işçilərinə fərdi mükafatlar ödəmək, 80 %-i “ASAN xidmət” mərkəzlərinin işçilərinin və digər dövlət orqanlarının işçilərini mükafatlandırılmaq məqsədilə ayrılacaq. “ASAN xidmət” mərkəzlərinə ayrılan vəsaitin 45 %-i Dövlət Agentliyinin “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən işçiləri, 55 %-i isə “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən digər dövlət orqanlarının işçiləri üçün nəzərdə tutulacaq.

Daha yüksək boş vəzifənin, habelə daha yüksək vəzifə üzrə başqa işçinin (müəyyən səbəbdən (əmək məzuniyyətində olma istisna olmaqla) iş yerində olmayan) əmək funksiyasının icrası həvalə edilən işçinin mükafatlandırılması həvalə edilən vəzifə üzrə 3 aydan çox olmamaqla həyata keçiriləcək.

Dövlət Agentliyinin və “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən digər dövlət orqanlarının işçilərinə fərdi mükafatlar müəyyən edilərkən onların xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticələri və Dövlət Agentliyində iş stajı nəzərə alınacaq. İş stajına görə fərdi mükafatlar ödənilən zaman sosial məzuniyyət dövrləri və bir aydan çox müddətdə ödənişsiz məzuniyyət dövrləri nəzərə alınmayacaq.

Məlumat üçün bildirək ki, yuxarıda vəsait dedikdə Dövlət Agentliyinin və “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən digər dövlət orqanlarının işçilərinin mükafatlandırılması məqsədi ilə Dövlət Agentliyinə dövlət büdcəsindən ayrılan vəsait, mükafat dedikdə isə Dövlət Agentliyinin və “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən digər dövlət orqanlarının işçilərinin mükafatlandırılması məqsədi ilə ödənilən vəsait nəzərdə tutulur.

Qeyd edək ki, iyunun 2-də imzalanan qərar bu gündən qüvvəyə minib./Trend.az/

Bənzər Xəbərlər

Cəmiyyət

Bəzi vəkillərin fəaliyyətinə xitam verildi

İyun 6, 2026
Cəmiyyət

Bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək

İyun 6, 2026
Cəmiyyət

Moskva Ermənistandakı seçkilərlə bağlı narahatdır

İyun 6, 2026
Cəmiyyət

Bakı ilə bağlı müəmma: Moskva “erməni kartı”nı işə saldı, qəribə ismarış göndərdi

İyun 6, 2026
Cəmiyyət

Kirayə mənzillər bahalaşacaq

İyun 6, 2026
Cəmiyyət

Bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək

İyun 6, 2026

XƏBƏR LENTİ

Dünyada 10 milyona yaxın insan həyatını itirə bilər

06 İyun, 26 / 19:10

İsrail Pentaqonu belə qorxuya saldı - ABŞ rəsmiləri birdəfəlik telefonla danışırlar

 

06 İyun, 26 / 18:49

Bəzi vəkillərin fəaliyyətinə xitam verildi

06 İyun, 26 / 18:30

Bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək

06 İyun, 26 / 18:13

“ASAN xidmət”də çalışanlara maaş yeni qayda ilə VERİLƏCƏK

06 İyun, 26 / 17:54

DİN əməliyyat keçirib:111 nəfər saxlanılıb

06 İyun, 26 / 17:36

Moskva Ermənistandakı seçkilərlə bağlı narahatdır

06 İyun, 26 / 17:17

Bakı ilə bağlı müəmma: Moskva “erməni kartı”nı işə saldı, qəribə ismarış göndərdi

06 İyun, 26 / 16:57

Qızıl sahiblərinə PİS XƏBƏR!

06 İyun, 26 / 16:39

Kirayə mənzillər bahalaşacaq

06 İyun, 26 / 16:18
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.