Son dəqiqə
Laosun AQEM-ə üzv qəbul edilməsini yüksək qiymətləndiririk – Prezident Azərbaycanın diplomatik korpusları önündəki aksiyalar nəyə xidmət edir… Bu axşam Bakıdan İrəvana təyyarə uçacaq Paşinyan sülh sazişinin 2031-ci ilədək imzalanacağını AÇIQLADI Azərbaycanda evlərin icbari sığortası ilə bağlı dəyişiklik hazırlanıb İlham Əliyev Bakıdakı Zirvə Toplantısında – FOTO Tərtər qəbiristanlığının atəşə tutulmasının ildönümüdür Maşın saxlamaq qadağandır işarəsi olsa da, məhəl qoyan yoxdur – VİDEO İstanbuldakı dağıdıcı seli proqnozlaşdıran mütəxəssis yenidən XƏBƏRDARLIQ ETDİ Müəllimlərin pensiyası necə artırıla bilər? – AÇIQLAMA
Reklam
Reklam

Azəriqaz” yoxlamalara başladı – “Pitiminutka”sı olanların NƏZƏRİNƏ- FOTO

Cəmiyyət

“Azəriqaz” İstehsalat Birliyi mənzillərdə yoxlamalara başlayıb.

“Cagdas.az”-ın əldə etdiyi məlumata görə, bununla bağlı vətəndaşlara bildiriş göndərilir.

Məlumata görə, yoxlamalar zamanı mənzillərə baxış keçirilir.
Texniki müayinələr texniki şərtdən kənara çıxma hallarının qarşısının alınması, təmir zamanı “Azəriqaz” İstehsalat Birliyinə aid qaz borularının yerinin dəyişməsi, müvafiq qaz qurğularının texniki şərtlərdən kənara çıxıb-çıxmamasını təftiş edir.

Həmçinin axımlı su qızdırıcılarının da (“pitiminutka”) vanna otaqlarından yığışdırılması akt şəklində tərtib edilərək abonentlərə təqdim olunur.

Mövcud qanunvericiliyə görə, Azərbaycanda hamam otağında heç bir halda su qızdırıcısından istifadə etmək olmaz. Qanunda qeyd olunub ki, əvəllər qüvvədə olan normalara uyğun olaraq, vanna otaqlarında yerləşdirilmiş su qızdırıcılarının evdə və ya qaz təchizatı sistemində yenidənqurma işləri aparılarkən vanna otaqlarından çıxarılıb mətbəxlərdə və ya qeyri-yaşayış otaqlarında yerləşdirilməsi, hər bir konkret halda, yerli qaz təsərrüfatı istismarı müəssisələrinin razılığı ilə layihə təşkilatı tərəfindən həll edilməlidir. Aparılan yoxlamalar zamanı nöqsanlar aşkar olunarsa, çatışmazlığın aradan qaldırılması üçün abonentə bir aydan çox olmayan möhlət verilir. Əgər nöqsanlar aradan qaldırılmazsa, bizim tərəfimizdən həmin cihaza gedən qazın təminatı dayandırıla bilər.(Milli.Az)