Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Bakının Binəqədi rayonunda və Hövsan qəsəbəsində, Sumqayıt Lənkəran, Şirvan və Yevlaxda keçirilən güzəştli mənzil satışı başa çatıb.
Cagdas.az xəbər verir ki, Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) güzəştli mənzillərin satışı üzrə elan olunmuş seçmə mərhələsi bugün saat 11:00-da başlayıb və proses 10 dəqiqə davam edib.
Ümumilikdə 627 mənzil üçün seçim imkanı yaradılıb.
Elana əsasən, mənzillər aşağıdakı yaşayış kompleksləri üzrə təqdim olunub:
Hövsan Yaşayış Kompleksi – I mərhələ üzrə 1 mənzil, II mərhələ üzrə yeddi mənzil
Birinci mərhələsi üzrə: İkiotaqlı mənzilin qiyməti – 54 815 manatdır.
İkinci mərhələsi üzrə: Dördotaqlı mənzillərin qiyməti – 94 050 manatdır.
Sumqayıt Yaşayış Kompleksi – 10 mənzil
Studiya tipli mənzillərin qiyməti – 50 200 manat,
Dördotaqlı mənzillərin qiyməti – 105 800 manatdan başlayıb.
Lənkəran Yaşayış Kompleksi – 10 mənzil
Üçotaqlı mənzilin qiyməti – 61 965 manat,
Dördotaqlı mənzillərin qiyməti – 84 150 manatdan başlayıb.
Binəqədi Yaşayış Kompleksi – 204 mənzil
Studiya tipli mənzillərin qiyməti – 48 120 manat,
İkiotaqlı mənzillərin qiyməti – 69 240 manat,
Üçotaqlı mənzillərin qiyməti – 87 480 manat,
Dördotaqlı mənzillərin qiyməti – 118 800 manatdan başlayıb.
Şirvan Yaşayış Kompleksi – 216 mənzil
İkiotaqlı mənzillərin qiyməti – 54 815 manat,
Üçotaqlı mənzillərin qiyməti – 69 160 manat,
Dördotaqlı mənzillərin qiyməti – 93 765 manatdır.
Yevlax Yaşayış Kompleksi – 179 mənzil
Studiya tipli mənzillərin qiyməti – 41 040 manat,
Birotaqlı mənzillərin qiyməti – 43 225 manat,
İkiotaqlı mənzillərin qiyməti – 55 575 manatdan başlayıb,
Üçotaqlı mənzillərin qiyməti – 70 490 manatdan başlayıb,
Dördotaqlı mənzillərin qiyməti – 103 740 manatdır.


