Son dəqiqə
İşğaldan azad olunmuş ərazilərdə yeni turistik məkanlar yaradılır – DTA sədri Murad Adıgözəlzadə baba oldu – FOTO Bakıda 5-ci Ənənəvi Minifutbol Turnirinin açılış mərasimi olub – FOTO Azərbaycan meyvə-tərəvəz idxalını artırıb Saxta dərman işində axtarılan şəxs Azərbaycandan qayıdanda tutuldu Əsgərlər hansı hallarda xidməti başa vurmadan evə qayıda bilər? Vətən müharibəsindən sonra şəhid ailələrinə və qazilərə neçə mənzil verilib? İnterin Hakan Çalhanoğlu planı: Yeni müqavilənin detalları ortaya çıxdı Xocavənddə yeni xəstəxana fəaliyyətə başladı – FOTO Cənubi Afrikada qadın qətlləri: Ölü tapılan qadınların sayı 11-ə çatdı

Rəsul Quliyev Azərbaycana qayıdır? – Qızı danışdı

Cəmiyyət

“Rəsul Quliyev neçə illərdir Amerikadadır. Yaşını da bilirsiniz. Ən yaxınları – biz uşaqları, nəvələri, bütün ailəsi oradadır. Allah bilən məsləhətdir. Qismət olsa, Azərbaycana gələr”.

Çağdaş.Az xəbər verir ki, bunu ABŞ-də yaşayan sabiq spiker Rəsul Quliyevin qızı Xanım Quliyeva deyib.

O, qayıdış mövzusunda müzakirələrin aparılmadığını bildirib:
“Hər halda aramızda belə müzakirələr olmur. Atamın fikri, qəlbi həmişə Azərbaycandadır. Qızı olaraq atamın Azərbaycana gəlişi ilə bağlı nəsə demək mənə çətindir. 27 sentyabr – Anım Gününə gəlməyimizin səbəbi də elə atam oldu. Dedi ki, Azərbaycandasınız, gərək mütləq şəhidlərimizi ziyarət edəsiniz. Bir neçə gün öncə də Şəhidlər Xiyabanını ziyarət etmişik”./Pravda.az/