Son dəqiqə

23 il sonra İraqı tərk etdilər

Dünya

İraq hökumətinin yüksək vəzifəli rəsmisi ABŞ ordusuna məxsus bütün döyüş birlikləri və logistika qüvvələrinin ölkədən çıxarıldığını açıqlayıb.

Cagdas.az xəbər verir ki, Almaniya Xəbər Agentliyinə (dpa) danışan iraqlı rəsmi ABŞ ordusunun İraqdan tamamilə çəkildiyini bildirib. Onun sözlərinə görə, ABŞ-nin bütün döyüş birlikləri və logistika dəstəyi qüvvələri ölkəni tərk edib.

İraq hökuməti nümayəndəsinin açıqlamasından sonra diqqətlər Vaşinqtona yönəlib. ABŞ administrasiyası isə sentyabrın 28-i etibarilə İraqdan çıxarılma əməliyyatının rəsmi olaraq başa çatdığını hələ təsdiqləməyib.

İraq və ABŞ 2024-cü ildə amerikalı hərbçilərin ölkədən çıxarılması ilə bağlı razılığa gəliblər. Pentaqonun məlumatına görə, son illərdə İraqda təxminən 2500 ABŞ hərbçisi yerləşdirilib.

Çıxarılma prosesindən əvvəl ABŞ qüvvələri Ərbil şəhərində, Bağdad hava limanı yaxınlığındakı hərbi bazada və paytaxt Bağdadda “Yaşıl zona” kimi tanınan ərazidə yerləşdirilib.\sfera.az\