Son dəqiqə
Reklam
Reklam

Azərbaycanda Həcc üçün müraciət edənlərin sayı AÇIQLANDI

Cəmiyyət

2027-ci il Həcc ziyarəti üçün 1 həftədə 80-dən çox adam müraciət edib.

Cagdas.az bildiriri ki bu barədə Modern.az-ın sorğusuna cavab verən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc Elektron Sisteminin rəhbəri Vüsal Cahangiri bildirib.

O, Həcc müraciətlərində keçən illə müqayisədə aktivlik müşahidə edildiyini deyib.

Vüsal Cahangiri əlavə edib ki, hələlik kvota bəlli deyil.

Qeyd edək ki, 2027-ci il Həcc ziyarəti üçün sənəd qəbulu sentyabrın 24-dən başlayıb. İlkin olaraq bir nəfər üçün Həcc ziyarəti paketinin qiyməti ötən il olduğu kimi 6100 ABŞ dolları müəyyən edilib. Bununla belə, qiymətin müəyyən qədər artması istisna edilmir.

Həcc ziyarətinə getmək istəyən şəxslərdən aşağıdakı sənədlər tələb olunur:

-ümumvətəndaş pasportu (ən azı 1 il etibarlılıq müddəti olmalıdır);

-şəxsiyyət vəsiqəsinin surəti;

-5×5 santimetr ölçüdə ağ fonda çəkilmiş 2 ədəd rəngli fotoşəkil (qadınlar tünd hicabda);

-sağlamlıq haqqında arayış.