Cagdas.az -ın xəbərinə görə, bu barədə Dünya Bankının Avropa və Mərkəzi Asiya regionunun iqtisadi perspektivlərinə dair hesabatının oktyabr buraxılışında qeyd olunub.
Hesabata əsasən, bu il Azərbaycanda 1,2% iqtisadi artım proqnozlaşdırılıb.
Bu, Dünya Bankının aprel hesabatında qeyd olunan proqnozla müqayisədə 0,8 faiz bəndi aşağıdır. Belə ki, həmin proqnozda iqtisadi artım gözləntisi 2% idi.
Oktyabr buraxılışında 2027-cil il üzrə proqnoz 1,8%, 2028-ci il üzrə 1,9% müəyyən olunub.
Hesabatda proqnozun aşağı endirilməsi neft sektorunda davam edən struktur azalması və dövlət əsaslı vəsait qoyuluşlarının azalması fonunda qeyri-neft iqtisadiyyatında gözləniləndən daha zəif artım ilə izah olunur.\ölkə.az\


