Son dəqiqə
Ermənistanda azərbaycanlılarla bağlı panika yayıldı – Xüsusi xidmət təkzib etdi Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşü keçirilir Prezident: Xəzərin səviyyəsinin aşağı düşməsi yalnız iqlim dəyişmələri ilə bağlı deyil Azərbaycanlılar da Kiyevi tərk edirlər Xəzərin səthinin sahəsi 20 min kvadratkilometrdən çox azalıb – Yenilənib İlham Əliyev MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub – FOTO Bu gün “Neftçi”-“Sabah” oyunu keçiriləcək Azərbaycan Gürcüstana daha 20 il qaz satacaq İlham Əliyev Putinlə söhbət edib – FOTO Sabah leysan, dolu və dağlarda qar gözlənilir
Reklam
Reklam

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib – Prezident

Cəmiyyət

“Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik şəkildə inkişaf edir”.

Cagdas.az xəbər verir ki, Prezident İlham Əliyev bunu Azərbaycan və Mərkəzi Asiya dövlət başçılarının 8-ci Məşvərət görüşündə çıxışı zamanı deyib.

Ötən ildən bəri artıq beş yüksəksəviyyəli səfərin həyata keçirildiyini vurğulayan dövlət başçısı qeyd edib: “Bu, siyasi dialoqumuzun intensivliyini və ikitərəfli əlaqələri daha da gücləndirmək üçün qarşılıqlı istəyimizi əks etdirir”.

Prezident İlham Əliyev Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü ilə Füzuli şəhərində məscidin tikintisini xüsusi vurğulayıb.

“Keçən il onun təməlinin qoyulmasında birgə iştirak etdik. Qardaş Türkmənistanın ölkəmizə verdiyi bu hədiyyə xalqlarımızın dostluğunun və mənəvi yaxınlığının daha bir sübutudur”, – dövlət başçısı əlavə edib.

***

Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib.

Cagdas.az  xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə çıxışı zamanı bildirib.

Siyasi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayan dövlətimizin başçısı qarşılıqlı yüksəksəviyyəli səfərlərin müntəzəm hal aldığını qeyd edib. “İqtisadi-ticari əməkdaşlıq güclənir, qarşılıqlı investisiyalar artır və birgə layihələr həyata keçirilir”, – deyə Prezident əlavə edib.