Son dəqiqə
Nazirdən şad xəbər: Bu şəxslərə 20 min manatadək pul verilə bilər Bakıda yeni ictimai nəqliyyat: Hansı yeniliklər olacaq? Deputatların unutmadıqları müəllimləri – Yaddan çıxmayan XATİRƏLƏR Azərbaycan və Böyük Britaniya Bakıda əməkdaşlıq sənədləri imzalayacaq Ramil Usubovun kürəkəni vəfat etdi Azərbaycanda ən az pul yatırılan bölgələr – SİYAHI Etibarnamə ilə maşın sürənlərin NƏZƏRİNƏ: Artıq köhnəlmiş mexanizm… Sürücülərin nəzərinə – Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK Bu sənəd artıq kağızla verilməyəcək – YENİLİK Prezident cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyir
Reklam
Reklam

“Azenco”nun sabiq rəhbəri 3 milyonluq mənimsəmədə ittiham olunur

Cəmiyyət

“Azərenerji”nin keçmiş baş direktoru Etibar Pirverdiyevə bağlı olduğu bilinən “Azenco” şirkətinə rəhbərlik etmiş Vüqar Əliyev həbs edilib.

Cagdas.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, V.Əliyev 3 milyon manatdan çox mənimsəmədə ittiham olunur.

İş üzrə ibtidai araşdırma artıq başa çatıb. V.Əliyevə Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə-xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə yekun ittiham elan olunub. Bu maddənin sanksiyası 10 ildən 14 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

Yaxın günlərdə məhkəmə başlayacaq.

Qeyd edək ki, Etibar Pirverdiyev “Azərenerji”yə rəhbərlik etdiyi dövrdə “Azenco” Azərbaycanda nəhəng enerji infrastrukturu layihələrinin həyata keçirilməsində, həmçinin dövlət büdcəsindən maliyyələşən digər işlərdə iştirak edib. E.Pirverdiyev vəzifəsindən uzaqlaşdırıldıqdan sonra “Azenco”ya daxil olan büdcə vəsaitlərinin həcmi əhəmiyyətli dərəcədə azalıb.

2022-2023-cü illərdə “Azenco”nun idarə heyətinin sədri Əliyev Vüqar Tofiqoviç olub. Sonradan isə eyni şirkətin Müşahidə Şurasının sədri işləyib.