• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
24.1° Weather Columbus
$
1.7
€
1.9493
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Azərbaycan hədəfdə: Rusiyada qarayaxma dalğası niyə güclənir?

16 İyul, 26 / 14:32
A A

Son günlər Rusiya mediasında, sosial şəbəkələrdə və müxtəlif teleqram kanallarında Azərbaycana qarşı növbəti qarayaxma kampaniyasının aparıldığı açıq şəkildə müşahidə olunur. Müəyyən müddət nisbi sakitlik hökm sürsə də, Azərbaycan yenidən hədəfə çevrilib. Maraqlıdır ki, bu proses spontan və ya təsadüfi xarakter daşımır. Müşahidələr göstərir ki, eyni tezislər müxtəlif platformalarda paralel şəkildə tirajlanır, oxşar ittihamlar irəli sürülür və vahid informasiya xətti formalaşdırılır.

Halbuki son həftələr iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində mühüm siqnallar verilmişdi. Azərbaycan rəhbərliyi dəfələrlə bəyan edib ki, qonşu dövlətlə münasibətlərə önəm verir və qarşılıqlı əməkdaşlığın inkişafında maraqlıdır. Müxtəlif səviyyələrdə təmasların bərpası, hökumətlərarası əlaqələrin aktivləşməsi və diplomatik dialoqun davam etməsi bunu təsdiqləyir.

Belə bir şəraitdə Azərbaycana qarşı informasiya hücumlarının yenidən güclənməsi müəyyən suallar yaradır. Əgər münasibətlərin normallaşmasına ehtiyac olduğu vurğulanırsa, o zaman mediada və sosial şəbəkələrdə nifrət ritorikasının təşviq olunması hansı məqsədə xidmət edir?

Ən diqqətçəkən məqamlardan biri Rusiyada yaşayan azərbaycanlıların hədəfə alınmasıdır. Onilliklər ərzində həmin ölkənin iqtisadiyyatına, biznes mühitinə, elm və mədəniyyətinə töhfə vermiş insanlar bir sıra media resurslarında “kriminal qruplaşma”, “təhlükə mənbəyi” və digər təhqiredici ifadələrlə təqdim edilir. Bu isə artıq ayrı-ayrı şəxslərə qarşı deyil, bütöv bir etnik qrupa qarşı yönəlmiş mənfi stereotiplərin formalaşdırılması cəhdidir.

Müasir dünyada belə yanaşmaların təhlükəli nəticələri yaxşı məlumdur. Tarix göstərir ki, iqtisadi və siyasi problemlərin fonunda hansısa etnik və ya milli qrupun günahkar elan edilməsi cəmiyyətlərdə parçalanmaya, nifrətə və qarşıdurmalara gətirib çıxarır. Bu baxımdan, son dövrlərdə müşahidə olunan tendensiyalar narahatlıq doğurmaya bilməz.

Rusiyada Ukrayna ilə müharibə fonunda millətçi dalğanın güclənməsi, miqrantalara qarşı hücumlar, onların zorla hərbi xidmətə cəlb olunması, ayrı-ayrı tədris ocaqlarında milli zəmində azərbaycanlı, qırğız, tacik və s. xalqların nümayəndələrinə qarşı hücum faktlarının qeydə alınması müşahidə olunur. Xüsusən, özünü “rus icması” kimi təqdim edən və güc strukturlarına arxalanan yarımhərbi təşkilatların əcnəbilərə qarşı keçirdiyi qanunsuz reydlər bu təhlükəni daha da artırır.

Digər tərəfdən, regionun geosiyasi mənzərəsi son illərdə ciddi şəkildə dəyişib. Cənubi Qafqaz artıq əvvəlki kimi xarici güclərin rəqabət meydanı deyil. Region ölkələri öz maraqlarını daha sərbəst şəkildə müəyyənləşdirir, iqtisadi və nəqliyyat layihələrini öz milli prioritetlərinə uyğun formalaşdırırlar. Yeni reallıqlar qarşılıqlı hörmətə və bərabərhüquqlu əməkdaşlığa əsaslanan münasibətləri zəruri edir.

Məhz buna görə də köhnə təzyiq metodları, informasiya kampaniyaları və ideoloji hücumlar əvvəlki effektini vermir. Azərbaycan həm siyasi, həm iqtisadi, həm də beynəlxalq nüfuz baxımından fərqli mərhələyə qədəm qoyub. Ölkənin regional layihələrdə oynadığı rol, enerji təhlükəsizliyinə verdiyi töhfə və beynəlxalq tərəfdaşlarla qurduğu əlaqələr bunu açıq şəkildə nümayiş etdirir.

Rusiyanın özündə isə vəziyyət kifayət qədər mürəkkəb olaraq qalır. İqtisadi çətinliklər, beynəlxalq sanksiyaların təsiri, hərbi xərclərin artması və sosial narazılıqlar hakimiyyət qarşısında ciddi çağırışlar yaradır. Belə şəraitdə xarici düşmən obrazının yaradılması və ya ictimai diqqətin başqa istiqamətlərə yönəldilməsi cəhdləri yeni deyil. Lakin bu taktikanın uzunmüddətli nəticə vermədiyi dəfələrlə sübut olunub.

Bu gün Cənubi Qafqazda formalaşmış yeni reallıq bütün regional oyunçulardan dəyişən şəraitə uyğun davranış tələb edir. Qarşılıqlı hörmət, suverenliyə ehtiram və bərabərhüquqlu əməkdaşlıq regionun gələcəyini müəyyənləşdirən əsas prinsiplərdir. İnformasiya müharibələri, ksenofob ritorika və təhqir kampaniyaları isə nə münasibətlərin inkişafına, nə də regional sabitliyə xidmət edir.

Azərbaycan dəfələrlə nümayiş etdirib ki, qarşılıqlı faydalı əməkdaşlıqdan yanadır. Eyni yanaşmanın qarşı tərəfdən də sərgilənməsi həm ikitərəfli münasibətlərin, həm də bütövlükdə regionun maraqlarına cavab verərdi.(modern.az)

Bənzər Xəbərlər

Cəmiyyət

Naxçıvanda istefalar başladı: RƏHBƏRLİYƏ ETİRAZ

İyul 16, 2026
Cəmiyyət

Haluk Leventin saxlanılan köməkçisi danışdı

İyul 16, 2026
Cəmiyyət

Azər Məmmədov yeni departament yaratdı – Təyinat

İyul 16, 2026
Cəmiyyət

Bu ailələrə məktəbli forması pulsuz ola bilər – valideynlərə müjdə

İyul 16, 2026
Cəmiyyət

Azərbaycanlı dənizçilərə xəbərdarlıq: Qara dəniz və Hörmüz boğazında təhlükə artır

İyul 16, 2026
Cəmiyyət

Azərbaycanlılar alış-verişə 32 milyard manat xərcləyib

İyul 16, 2026

XƏBƏR LENTİ

Naxçıvanda istefalar başladı: RƏHBƏRLİYƏ ETİRAZ

16 İyul, 26 / 15:56

Haluk Leventin saxlanılan köməkçisi danışdı

16 İyul, 26 / 15:42

Xameneinin dəfn olunduğu ziyarətgah yandı – VİDEO

16 İyul, 26 / 15:28

Azər Məmmədov yeni departament yaratdı – Təyinat

16 İyul, 26 / 15:13

Bu ailələrə məktəbli forması pulsuz ola bilər – valideynlərə müjdə

16 İyul, 26 / 14:58

Azərbaycanlı dənizçilərə xəbərdarlıq: Qara dəniz və Hörmüz boğazında təhlükə artır

16 İyul, 26 / 14:45

Azərbaycan hədəfdə: Rusiyada qarayaxma dalğası niyə güclənir?

16 İyul, 26 / 14:32

Azərbaycanlılar alış-verişə 32 milyard manat xərcləyib

16 İyul, 26 / 14:19

ABŞ Zəngəzur dəhlizini icarəyə götürür

16 İyul, 26 / 14:05

Azərbaycanın mülkiyyəti qanunsuz şəkildə Rusiyaya verilib

16 İyul, 26 / 13:51
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.