• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
16.4° Weather Columbus
$
1.7
€
1.9414
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Azərbaycan istehsalı olan “Dostlug” tankerinin açılışı oldu

22 İyun, 26 / 21:39
A A

“AZCON Holding”in şirkətlərindən olan Bakı Gəmiqayırma Zavodunda inşa edilən və Azərbaycan tərəfindən Türkmənistan hədiyyə olaraq təqdim olunacaq “Dostlug” neftdaşıyan tankerinin açılış mərasimi baş tutub.

Cagdas.az  xəbər verir ki, tədbirdə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, Türkmənistan Nazirlər Kabinetinin sədr müavini Batır Annayev, “Bakı Gəmiqayırma Zavodu” MMC-nin və “Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) rəhbərliyi iştirak edib.

Mərasim zamanı qarşı tərəfə gəminin texniki göstəriciləri, təyinatı, istismar imkanları, eləcə də Bakı Gəmiqayırma Zavodunda həyata keçirilən cari və perspektiv layihələr barədə məlumat verilib.

Bildirilib ki, “Dostlug” neft məhsullarının daşınması üçün nəzərdə tutulmuş tankerdir. Gəminin ümumi uzunluğu 141 metr, eni 16,9 metr, dəniz suya oturumu 4,54 metr, dedveyti 7,875 ton, yük və çökdürmə tanklarının ümumi tutumu isə 9,056 kubmetr təşkil edir. Tanker hər birinin gücü 1,200 kVt olan iki baş mühərriklə təchiz edilib və 10 uzel sürətə malikdir.

“Dostlug” tankerinin inşası Bakı Gəmiqayırma Zavodunun irihəcmli və texnoloji baxımdan mürəkkəb gəmiqayırma layihələrini həyata keçirmək imkanlarını bir daha nümayiş etdirir.

Qeyd edək ki, “Bakı Gəmiqayırma Zavodu” MMC fəaliyyətə başladığı dövrdən etibarən ümumilikdə 14 gəmi tikinti layihəsini uğurla həyata keçirib və 170-dən çox gəminin təmirini icra edib. Hazırda zavodun sifariş portfelinə daxil olan 17 gəmidən 11-nin tikintisi davam edir, 6 gəmi isə layihələndirmə mərhələsindədir. Mövcud layihələrin 2028-ci ilədək tamamlanması planlaşdırılır.

Eyni zamanda bildirək ki, ötən ay “Bakı Gəmiqayırma Zavodu” MMC ilə “Samruk-Kazına” ASC-nin şirkətlər qrupuna daxil olan “KTZ Express Shipping” şirkəti arasında gəmiqayırma sahəsində əməkdaşlıq üzrə müqavilə də imzalanıb. Bu müqaviləyə əsasən, müasir beynəlxalq standartlara uyğun iki ədəd 537 TEU tutumlu quru yük konteyner gəmisinin inşası həyata keçiriləcək. Həmçinin Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında strateji əməkdaşlıq çərçivəsində “Bakı Gəmiqayırma Zavodu” MMC-də Xəzər dənizində istismar olunması nəzərdə tutulan iki ədəd 780 TEU tutumlu konteyner gəmisindən birincisinin tikintisinə başlanılması münasibətilə kilqoyma mərasimi olub. Beləliklə, zavodun tarixində ilk dəfə beynəlxalq sifarişlər əsasında inşa ediləcək gəmilərin sayı 4-ə çatıb.

Azərbaycan istehsalı olan “Dostlug” tankerinin Türkmənistan sularında istismara verilməsi Azərbaycan gəmiqayırma sənayesinin inkişafı, milli sənaye potensialının beynəlxalq səviyyədə nümayişi, eləcə də Azərbaycan ilə Türkmənistan arasında dostluq və əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.(modern.az)

Bənzər Xəbərlər

Cəmiyyət

İlham Əliyev və Sərdar Berdiməhəmmədovun Şuşa gəzintisindən görüntülər

İyun 23, 2026
Cəmiyyət

Bakıda yağış, rayonlara dolu yağacaq – Sabahın havası

İyun 23, 2026
Cəmiyyət

Prezident ona yüksək vəzifə verdi

İyun 23, 2026
Cəmiyyət

Xarici valyutanın ölkəyə qaytarılmamasına görə cərimələr dəyişdirilir

İyun 23, 2026
Cəmiyyət

Bu hallarda saytlara giriş məhdudlaşdırılacaq

İyun 23, 2026
Cəmiyyət

Rusiyadan Ermənistana 408 ton gübrə göndərildi

İyun 23, 2026

XƏBƏR LENTİ

İlham Əliyev və Sərdar Berdiməhəmmədovun Şuşa gəzintisindən görüntülər

23 İyun, 26 / 15:50

Pezeşkian qalıcı sülhün əsas şərtini açıqladı

23 İyun, 26 / 15:37

Bakıda yağış, rayonlara dolu yağacaq – Sabahın havası

23 İyun, 26 / 15:23

Prezident ona yüksək vəzifə verdi

23 İyun, 26 / 15:11

Xarici valyutanın ölkəyə qaytarılmamasına görə cərimələr dəyişdirilir

23 İyun, 26 / 14:57

Bu hallarda saytlara giriş məhdudlaşdırılacaq

23 İyun, 26 / 14:43

Rusiyadan Ermənistana 408 ton gübrə göndərildi

23 İyun, 26 / 14:32

Prezidentlər Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar

23 İyun, 26 / 14:20

Daşaltı kəndinin fonunda – FOTOLAR

23 İyun, 26 / 14:16

Bakıda ev tikmək neçəyə başa gəlir? – ARAŞDIRMA

23 İyun, 26 / 14:06
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.