• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
26.2° Weather Columbus
$
1.7
€
1.9452
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə İqtisadiyyat

Azərbaycanda biznes qurmaq istəyənlərin diqqətinə! - Ən gəlirli və ən riskli sahələr

11 İyul, 26 / 19:37
A A

“Hazırda ölkəmizdə biznesə yeni başlayanlar üçün ən perspektivli sahələr elektron ticarət, rəqəmsal xidmətlər (xüsusilə SMM və rəqəmsal marketinq), loqistika, kənd təsərrüfatı, eləcə də turizm, təhsil və peşə hazırlığıdır. Eyni zamanda süni intellekt və İT (informasiya texnologiyaları) həlləri də böyük potensiala malik istiqamətlər sırasındadır”.

Çağdaş.Az xəbər verir ki, bu sözləri “Yenisabah.az”a açıqlamasında İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı-ekspert Eyyub Kərimli bildirib.

Onun sözlərinə görə, riskli bizneslərə gəlincə, bu gün həm ölkəmizdə, həm də dünyada yüksək investisiya tələb edən və bazarda böyük rəqabətin mövcud olduğu sahələr daha çox risk daşıyır:

“Məsələn, restoranlar, əyləncə obyektləri, iri ticarət mərkəzləri, premium geyim mağazaları və tikinti layihələri ciddi maliyyə vəsaiti tələb edən və risk faizi yüksək olan istiqamətlərdir.
Uğurlu biznes yalnız ideyadan ibarət deyil. Bura həm də düzgün bazar analizi, dəqiq maliyyə planlaması və peşəkar idarəetmə daxildir. Təəssüf ki, müasir gənclər biznes qurarkən bir sıra ciddi səhvlərə yol verirlər.

Məsələn, bazar araşdırması aparmadan işə başlayır və düşünürlər ki, kimdəsə uğurlu alınmış bir modeli eynilə təkrar etməklə eyni uğuru qazana bilərlər. Digər bir fundamental səhv isə maliyyə planlaşdırılmasının zəif olması və ya bütün kapitalın elə ilkin mərhələdə xərclənməsidir.

Peşəkar məsləhətlərindən yararlanmamaq da uğursuzluğun əsas səbəblərindəndir. Bundan əlavə, bəzi sahibkarlar qısa müddətdə yüksək gəlir gözləyirlər, lakin biznesin sabit gəlir gətirməsi üçün müəyyən zaman tələb olunur”.

Ekspert qeyd edib ki, kiçik büdcə ilə fəaliyyətə başlamaq üçün ən yaxşı seçim xidmət sektoru və rəqəmsal iqtisadiyyatdır:

“Onlayn satış, sosial media idarəçiliyi (SMM), dizayn, proqramlaşdırma, rəqəmsal marketinq, fərdi tədris, foto-video xidmətləri və əl işlərinin satışı kimi sahələr minimal investisiya tələb edir. Lakin bu sahələrdə uğur qazanmaq üçün yüksək təcrübə və peşəkarlıq şərtdir.

Hazırda uğurlu biznes qurmaq üçün böyük kapitala deyil, innovativ yanaşmaya, fərqli ideyalara və yeni texnologiyaların tətbiqinə ehtiyac var. Ona görə də gənclər ilk növbədə bazarı sınaqdan keçirməli, müştəri bazası formalaşdırmalı və yalnız bundan sonra fəaliyyətlərini mərhələli şəkildə genişləndirməlidirlər.

Ümumiyyətlə, biznes mühiti günü-gündən daha da rəqabətli xarakter alır, bu səbəbdən düzgün istiqamət seçmək və strateji addımlar atmaq olduqca vacibdir”.

Bənzər Xəbərlər

İqtisadiyyat

İş axtaran 50 yaşdan yuxarı şəxslərə şad xəbər: məhdudiyyət aradan qalxır?

İyul 11, 2026
İqtisadiyyat

Brent yenidən ucuzlaşdı – 76 dollara düşdü

İyul 11, 2026
İqtisadiyyat

Neft bahalaşdı

İyul 11, 2026
İqtisadiyyat

Baş nazir yeni qərar imzaladı

İyul 10, 2026
İqtisadiyyat

Şanxay dünyanın ikinci ən böyük qlobal dəniz nəqliyyatı mərkəzidir

İyul 10, 2026
İqtisadiyyat

Azərbaycanın strateji valyuta ehtiyatları 10,4 faiz ARTDI

İyul 10, 2026

XƏBƏR LENTİ

“Daha yumruq dövrü olmayacaq” – VİDEO

11 İyul, 26 / 21:22

Prezident: Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda ürəyim sevinir

11 İyul, 26 / 21:05

İlham Əliyev: Bütün Azərbaycan xalqı üçün bayramdır

11 İyul, 26 / 20:48

Prezident: "Artıq köçkün həyatı keçmişdə qaldı"

11 İyul, 26 / 20:30

Prezident İlham Əliyev Şuşanın Qarabağ küçəsində həyata keçirilmiş işlərlə tanış olub - FOTO

11 İyul, 26 / 20:13

İş axtaran 50 yaşdan yuxarı şəxslərə şad xəbər: məhdudiyyət aradan qalxır?

11 İyul, 26 / 19:55

Azərbaycanda biznes qurmaq istəyənlərin diqqətinə! - Ən gəlirli və ən riskli sahələr

11 İyul, 26 / 19:37

Heyvanlarla bağlı yeni tələblər daxili daşımalara şamil edilir?

11 İyul, 26 / 19:20

Prezident İlham Əliyev Şuşada “Sadıqcanın evi”nin bərpadan sonra açılışında iştirak edib - FOTO

11 İyul, 26 / 19:13

İlham Əliyevin sosial media hesabında videoçarx paylaşıldı

 

11 İyul, 26 / 19:00
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.