• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
26.2° Weather Columbus
$
1.7
€
1.9452
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə İqtisadiyyat

İş axtaran 50 yaşdan yuxarı şəxslərə şad xəbər: məhdudiyyət aradan qalxır?

11 İyul, 26 / 19:55
A A

Azərbaycanda 50 yaşdan yuxarı şəxslərin iş tapması getdikcə çətinləşir. Bir çox iş elanında yaş məhdudiyyəti qoyulur, təcrübəli mütəxəssislər isə uzun illər çalışdıqları sahələrdə belə iş tapa bilmədiklərini deyirlər. Halbuki qanunvericilikdə yaşa görə ayrı-seçkiliyə yol verilməməsi nəzərdə tutulur.

Bəs 50 yaşdan yuxarı insanların əmək bazarından kənarda qalmasının əsas səbəbləri nələrdir? Dövlət bu kateqoriyadan olan insanların məşğulluğunu artırmaq üçün hansı addımları ata bilər?

Çağdaş.Az xəbər verir ki ,Globalinfo.az-a danışan hüquq elmləri doktoru, iqtisadçı Vüsalə Əhmədova bildirib ki, işə qəbul zamanı namizədə yalnız yaşına görə məhdudiyyət qoyulmasını hər şeydən öncə hüquqi baxımdan dəyərləndirmək lazımdır:

“Bu hal birbaşa əmək qanunvericiliyinin bərabərlik prinsipinə ziddir. Əmək Məcəlləsi işçilərin əmək hüquqlarının həyata keçirilməsi zamanı ayrı-seçkiliyə yol verilməməsini əsas prinsiplərdən biri kimi müəyyən edib. Məcəlləyə əsasən, irqi, milli mənsubiyyətə, cinsə, dinə, siyasi baxışlara, ailə vəziyyətinə, sosial mənşəyə və digər hallarla yanaşı, işçinin peşə keyfiyyətləri ilə bağlı olmayan meyarlara görə əmək hüquqlarının məhdudlaşdırılması yolverilməzdir”.

İqtisadçının sözlərinə görə, işə qəbul zamanı əsas meyar namizədin peşə hazırlığı, ixtisası, təcrübəsi və konkret vəzifənin tələblərinə uyğun olması olmalıdır:
“Bu baxımdan, vakansiya elanlarında “35 yaşadək”, “40 yaşadək” və ya “50 yaşdan aşağı” kimi ifadələrlə yaş məhdudiyyətlərinin qoyulması bərabər rəftar prinsipinin pozulması kimi qiymətləndirilə bilər. Bundan əlavə, Azərbaycan Respublikasının Konstitusiyası hər kəsin hüquq və azadlıqlarının bərabərliyini təmin edir və qanunda nəzərdə tutulmayan əsaslarla ayrı-seçkilik tətbiq edilməsini qadağan edir. Əmək hüququ da məhz bu konstitusion prinsiplərə söykənir”.

V.Əhmədova deyib ki, bəzi vəzifələr üzrə qanunvericiliyin özü yaş həddi müəyyən edir:

“Məsələn, dövlət qulluğunun müəyyən növlərində, hərbi xidmət, hüquq-mühafizə orqanları və ya xüsusi fiziki hazırlıq tələb edən peşələrdə yaş məhdudiyyəti qanunla nəzərdə tutulur. Belə hallarda yaş həddi ayrı-seçkilik deyil, qanuni tələbin icrası hesab olunur.

Lakin özəl sektorda, həmçinin qanunla belə məhdudiyyət nəzərdə tutulmayan vəzifələr üzrə yalnız namizədin yaşına görə işə qəbuldan imtina edilməsi hüquqa ziddir. Nəticə etibarilə, 50 yaşdan yuxarı şəxslərin yalnız yaşlarına görə əmək bazarından kənarda saxlanılması Konstitusiyada təsbit olunmuş bərabərlik prinsipinə və Əmək Məcəlləsində nəzərdə tutulan ayrı-seçkiliyin yolverilməzliyi prinsipinə ziddir”.

Vüsalə Əhmədova hesab edir ki, əgər yaş məhdudiyyəti qanunla birbaşa müəyyən edilməyibsə və işin mahiyyətindən irəli gəlmirsə, dövlət bununla bağlı ciddi tədbirlər görməlidir:

“Öncə, yaş məhdudiyyəti ilə bağlı qanunvericiliyin icrasına nəzarət gücləndirilə bilər. Qanunla nəzərdə tutulmayan hallarda vakansiyalarda yaş həddi göstərən işəgötürənlər üçün inzibati məsuliyyət və cərimələr tətbiq olunmalıdır. İkincisi, işə qəbul zamanı ayrı-seçkilik faktlarının araşdırılması mexanizmi təkmilləşdirilməlidir. Vətəndaşların anonim qaydada şikayət verməsi, Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən operativ yoxlamaların aparılması və pozuntu aşkar edilərsə hüquqi tədbirlərin görülməsi təmin edilə bilər. Namizəd yaşına görə ayrı-seçkiliyə məruz qaldığını əsaslandıran ilkin faktlar təqdim etdikdə, işəgötürən işə qəbuldan imtinanın yaşla deyil, namizədin peşə hazırlığı, ixtisası və digər obyektiv meyarlarla bağlı olduğunu sübut etməlidir. Bu yanaşma bir sıra Avropa ölkələrinin anti-diskriminasiya qanunvericiliyində də tətbiq olunur. Konkret olaraq, yaşa görə ayrı-seçkiliyin aradan qaldırılması yalnız sosial siyasət məsələsi deyil, ən əsası hüququn aliliyinin təmin edilməsidir”.

Bənzər Xəbərlər

İqtisadiyyat

Azərbaycanda biznes qurmaq istəyənlərin diqqətinə! - Ən gəlirli və ən riskli sahələr

İyul 11, 2026
İqtisadiyyat

Brent yenidən ucuzlaşdı – 76 dollara düşdü

İyul 11, 2026
İqtisadiyyat

Neft bahalaşdı

İyul 11, 2026
İqtisadiyyat

Baş nazir yeni qərar imzaladı

İyul 10, 2026
İqtisadiyyat

Şanxay dünyanın ikinci ən böyük qlobal dəniz nəqliyyatı mərkəzidir

İyul 10, 2026
İqtisadiyyat

Azərbaycanın strateji valyuta ehtiyatları 10,4 faiz ARTDI

İyul 10, 2026

XƏBƏR LENTİ

“Daha yumruq dövrü olmayacaq” – VİDEO

11 İyul, 26 / 21:22

Prezident: Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda ürəyim sevinir

11 İyul, 26 / 21:05

İlham Əliyev: Bütün Azərbaycan xalqı üçün bayramdır

11 İyul, 26 / 20:48

Prezident: "Artıq köçkün həyatı keçmişdə qaldı"

11 İyul, 26 / 20:30

Prezident İlham Əliyev Şuşanın Qarabağ küçəsində həyata keçirilmiş işlərlə tanış olub - FOTO

11 İyul, 26 / 20:13

İş axtaran 50 yaşdan yuxarı şəxslərə şad xəbər: məhdudiyyət aradan qalxır?

11 İyul, 26 / 19:55

Azərbaycanda biznes qurmaq istəyənlərin diqqətinə! - Ən gəlirli və ən riskli sahələr

11 İyul, 26 / 19:37

Heyvanlarla bağlı yeni tələblər daxili daşımalara şamil edilir?

11 İyul, 26 / 19:20

Prezident İlham Əliyev Şuşada “Sadıqcanın evi”nin bərpadan sonra açılışında iştirak edib - FOTO

11 İyul, 26 / 19:13

İlham Əliyevin sosial media hesabında videoçarx paylaşıldı

 

11 İyul, 26 / 19:00
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.