• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
23.3° Weather Columbus
$
1.7
€
1.9741
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Azərbaycanda bu sahədə xarici hüquq tətbiq ediləcək

17 İyun, 26 / 18:28
A A

Rəqəmsal xidmətlər üzrə xaricə ödənişlər sadələşdirilir, korporativ müqavilələrdə xarici hüququn tətbiqinə icazə verilir.

Cagdas.az  xəbər verir ki, məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Valyuta tənzimi haqqında”, “Banklar haqqında”, “İnvestisiya fondları haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” qanunlarda dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb.

Belə ki, layihəyə əsasən, rezident hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən xarici dövlətlərdə yerləşən təminatçılara rəqəmsal xidmətlər, proqram təminatı lisenziyaları, bulud (server) xidmətləri və beynəlxalq kommersiya abunəlikləri üzrə ödənişlərin aparılması qaydası sadələşdirilir.

Dəyişikliklə təqvim ayı ərzində ümumi məbləği 200 min ABŞ dolları ekvivalentinədək olan köçürmələr ikitərəfli müqavilə təqdim edilmədən, yalnız xidmətin təyinatını əks etdirən elektron hesab-faktura və ya ödəniş bildirişi əsasında həyata keçirilə biləcək. Bu mexanizmin beynəlxalq rəqəmsal platformalar, proqram təminatı və bulud xidmətlərindən istifadə edən şirkətlərin əməliyyatlarını sürətləndirəcəyi gözlənilir.

Qanun layihəsində, həmçinin ilk dəfə korporativ müqavilələr üzrə tərəflərə yaranacaq mübahisələrin həllində xarici dövlət hüququnun tətbiqi barədə razılığa gəlmək imkanı yaradılır. Belə ki, tərəflər Azərbaycan Respublikasının rezidenti və ya qeyri-rezidenti olmalarından asılı olmayaraq, korporativ müqavilədə xarici hüququn tətbiqini və mübahisələrin arbitraj yolu ilə həllini müəyyən edə biləcəklər.

Bundan başqa, korporativ müqavilələrdə səsvermə qaydaları, səhmlərin alqı-satqısı, investisiya qoyuluşu, idarəetmə orqanlarının formalaşdırılması, xüsusi hüquqlar, veto mexanizmləri və digər mühüm məsələlərin də tərəflərin razılığı əsasında tənzimlənməsi nəzərdə tutulur. Layihə müəlliflərinin fikrincə, bu dəyişikliklər Azərbaycan qanunvericiliyinin beynəlxalq biznes təcrübəsinə uyğunlaşdırılmasına, xarici investorlar üçün daha çevik hüquqi mühitin formalaşdırılmasına və ölkənin investisiya cəlbediciliyinin artırılmasına xidmət edəcək.(modern.az)

Bənzər Xəbərlər

Cəmiyyət

Hərbi xidmətə çağırılanlarla bağlı VACİB MƏLUMAT

İyun 17, 2026
Cəmiyyət

Qanunvericiliyə “frilanser” anlayışı daxil edilir

İyun 17, 2026
Cəmiyyət

Təsisçi və kiçik səhmdarlarla bağlı mühüm dəyişiklik

İyun 17, 2026
Cəmiyyət

Azərbaycanda bəzi mütəxəssislər 20 il gəlir vergisindən azad ediləcəklər

İyun 17, 2026
Cəmiyyət

Qadınların pensiya yaşı ilə bağlı son xəbər: İyulun 1-dən etibarən …

İyun 17, 2026
Cəmiyyət

Vergi güzəştləri ilə bağlı YENİLİK

İyun 17, 2026

XƏBƏR LENTİ

Hərbi xidmətə çağırılanlarla bağlı VACİB MƏLUMAT

17 İyun, 26 / 19:11

Qanunvericiliyə “frilanser” anlayışı daxil edilir

17 İyun, 26 / 18:57

Təsisçi və kiçik səhmdarlarla bağlı mühüm dəyişiklik

17 İyun, 26 / 18:42

Azərbaycanda bu sahədə xarici hüquq tətbiq ediləcək

17 İyun, 26 / 18:28

Azərbaycanda bəzi mütəxəssislər 20 il gəlir vergisindən azad ediləcəklər

17 İyun, 26 / 18:14

Qadınların pensiya yaşı ilə bağlı son xəbər: İyulun 1-dən etibarən …

17 İyun, 26 / 17:59

Vergi güzəştləri ilə bağlı YENİLİK

17 İyun, 26 / 17:45

“Qara şüşə” ilə bağlı sürücülərə ekspertdən VACİB açıqlama

17 İyun, 26 / 17:31

İnnovativ və elmi-tədqiqat xərclərinin 250 faizi vergidən çıxılacaq

17 İyun, 26 / 17:16

Astana tibbi turizm təmsilçiləri Bakıda “Road-show” adlı tədbir keçirib - FOTOLAR

17 İyun, 26 / 17:05
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.