Son dəqiqə
Avtomobilinin üzərinə ağac aşdı, ciddi ziyan dəydi – Dövlət qurumları vətəndaşın müraciətinə niyə baxmır? Hərbçilərin həyat yoldaşlarına 400 manat veriləcək Azərbaycanda dövlət bu şəxslərə ev verəcək Bu şəxslərə birdəfəlik yardım edilsin – TƏKLİF Qış dekabrın 22-də başlayır: Bakıda gecə 14 saatdan uzun olacaq Din xadimlərinə yeni məhdudiyyət qoyulub? – Şuradan açıqlama Bayden memuar yazıb: Putin, Zelenski və Trampdan bəhs edib – Maraqlı ETİRAFLAR “29 mindən çox sakinin yaşadığı massivdə məktəb yoxdur” Gələn ilin dövlət büdcəsi birinci oxunuşda qəbul edildi – YENİLƏNİB Yastıpəncəli şəxslər hansı hallarda hərbi xidmətə aparılmır?

Azərbaycanda bu şəxslər iki min manatdan çox MAAŞ ALIR

Cəmiyyət
2025-ci ildə dövlət qulluqçularının orta aylıq nominal əməkhaqqı əvvəlki illə müqayisədə 4,5 faiz artaraq 2 059 manata çatıb.

Cagdas.az-a bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

2026-cı il yanvarın 1-nə ölkədə dövlət qulluqçularının sayı 27,3 min nəfər olmuşdur. Onların 31,4 faizini qadınlar təşkil edib. Dövlət qulluqçularının 7,6 faizi inzibati vəzifələrin ali–3-cü təsnifatları, 3,9 faizi 4-cü təsnifat, 12,4 faizi 5-ci təsnifat, 8,7 faizi 6-cı təsnifat, 44,2 faizi 7-ci təsnifat, 23,2 faizi isə yardımçı vəzifələr üzrə çalışıb.

Qulluq stajına görə dövlət qulluqçularının 6,6 faizi 1 ilədək, 23,6 faizi 1–5 il, 23,6 faizi 5–10 il, 18,8 faizi 10–15 il, 27,4 faizi isə 15 il və daha çox staja malik olub.

Yaş bölgüsündə dövlət qulluqçularının 3 faizi 25 yaşadək, 11,6 faizi 25–29 yaş, 18 faizi 30–34 yaş, 16,7 faizi 35–39 yaş, 13,3 faizi 40–44 yaş, 10,5 faizi 45–49 yaş, 8,1 faizi 50–54 yaş, 7,5 faizi 55–59 yaş, 9,2 faizi 60–64 yaş, 2,1 faizi isə 65 və yuxarı yaş qrupunda olub.(ölkə.az)