• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
16.8° Weather Columbus
$
1.7
€
1.9428
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Azərbaycanda pul qazanmaq üçün görün nə edirlər – Təhlükəli tendensiya

20 İyun, 26 / 10:44
A A

Son dövrlərdə cəmiyyətdə tanınmaq və məşhurlaşmaq istəyi daha qabarıq şəkildə özünü göstərir. Nədənsə qadın, kişi, gənc və yaşlı olmaqla hər kəs daha çox diqqət çəkməyə, sevilməyə çalışır.

Bunun səbəbi nədir? Gələcəkdə hansı fəsadları ola bilər?

Referans MEDİA-nın xəbərinə görə, Globalinfo.az-a danışan Sağlam Cəmiyyət Hərəkatının sədri, sosioloq Elçin Bayramlı deyib ki, bu, əsasən internetin və sosial şəbəkələrin sürətli inkişafı ilə əlaqədardır:

“Bəzi insanlar bundan istifadə edərək tanınmağa çalışırlar. Bu tip şəxsləri şərti olaraq iki qrupa bölmək olar. Birinci qrup bunu maddi qazanc və karyera qurmaq məqsədilə edir. İkinci qrup isə sadəcə öz eqosunu təmin etmək, özünü təsdiqləmək, diqqət mərkəzində olmaq istəyir. Onlar özlərini olduqlarından fərqli göstərməyə, başqalarından üstün təqdim etməyə çalışırlar. Bunun kökündə isə çox vaxt diqqət və qayğı çatışmazlığı, şəxsiyyət boşluğu dayanır. Əslində məşhurlaşmaq məqsədi ilə yaşamaq müsbət xüsusiyyət deyil. İnsan məşhur olmaq üçün yox, cəmiyyətə dəyər yaratmaq üçün çalışmalıdır. Əgər yaratdığın dəyər xalqa faydalıdırsa, insanlar səni onsuz da tanıyacaq və qəbul edəcək. Məşhurluq məqsəd deyil, nəticə olmalıdır”.

Elcin Bayramli 1 1Elçin Bayramlı

Sosioloq bildirib ki, bizim görkəmli şəxsiyyətlərimiz, dahilərimiz məşhurlaşmaq üçün çalışmayıblar:

“Onlar elmdə, sənətdə və ya başqa sahələrdə elə böyük dəyərlər yaradıblar ki, xalq onları özü tanıyıb, qiymətləndirib və məşhurlaşdırıb. Bu, sağlam və təbii yoldur. Təəssüf ki, bu gün fərqli bir tendensiya formalaşıb: nəyin bahasına olursa-olsun məşhurlaşmaq. Məhz bu ifadənin özü problemin mahiyyətini göstərir. Əxlaqını, şərəfini, ləyaqətini, şəxsi nüfuzunu itirmək bahasına da olsa, özünü gülüş hədəfinə çevirmək, başqalarına zərər vurmaq hesabına da olsa, tanınmağa çalışmaq sağlam düşüncə deyil. Bu yanaşma həm fərd, həm də cəmiyyət üçün təhlükəlidir. Belə həyat tərzi insanı mənəvi dəyərlərdən uzaqlaşdırır, onu yalnız maddiyyata, şöhrətə və tanınmağa köklənmiş bir həyata sürükləyir. Belə insanlar üçün əsas məqsəd pul, populyarlıq, tanınmış şəxslərlə şəkil çəkdirmək və diqqət qazanmaq olur. Bu isə sağlam düşüncə tərzi deyil”.

Ekspertin sözlərinə görə, bu cür davranışların bir hissəsinin arxasında ciddi psixi sağlamlıq problemləri dayanır:

“Belə hallarda mütəxəssis yardımı vacibdir. Çünki bəzi insanlar nə problemlərinin fərqində olurlar, nə də müalicəyə ehtiyac duyduqlarını qəbul edirlər. Bu tendensiya cəmiyyətə də ciddi zərər vurur. Milli-mənəvi dəyərləri zəiflədir, etik normaları pozur, xüsusilə gənclər üçün yanlış davranış modelləri formalaşdırır. Sosial, mənəvi və psixoloji baxımdan bunun mənfi təsirləri açıq şəkildə görünür. Son dövrlərdə hüquq-mühafizə orqanlarının bu istiqamətdə müəyyən tədbirlər görməsi nəticəsində vəziyyət qismən səngiyib. Bu, müsbət haldır. Lakin belə halların sayı hələ də çoxdur. Hesab edirəm ki, bu məsələyə daha ciddi yanaşılmalıdır. Çünki sosial şəbəkələr vasitəsilə milli-mənəvi dəyərlərə, ictimai əxlaqa və cəmiyyətin sağlam inkişafına ciddi zərbə vurulur. Əgər kimsə şəxsi maraqları naminə dövlətə, cəmiyyətə və milli dəyərlərə zərər vurursa, qanun çərçivəsində bunun qarşısı alınmalı və məsuliyyət tədbirləri tətbiq edilməlidir”.

Bənzər Xəbərlər

Cəmiyyət

DİM sabah təkrar imtahan keçirəcək

İyun 20, 2026
Cəmiyyət

Azərbaycanda bu məntəqə BAĞLANDI

İyun 20, 2026
Cəmiyyət

Hava KƏSKİN DƏYİŞİR – Temperatur enəcək, intensiv yağış yağacaq

İyun 20, 2026
Cəmiyyət

Bugün çimərliklərdə hava necə olacaq?

İyun 20, 2026
Cəmiyyət

iPhone 18 Pro”nun qiyməti AÇIQLANDI

İyun 19, 2026
Cəmiyyət

Yola gedilməsi ən çətin olan 5 bürc

İyun 19, 2026

XƏBƏR LENTİ

DİM sabah təkrar imtahan keçirəcək

20 İyun, 26 / 11:42

Azərbaycanda bu məntəqə BAĞLANDI

20 İyun, 26 / 11:27

Hava KƏSKİN DƏYİŞİR – Temperatur enəcək, intensiv yağış yağacaq

20 İyun, 26 / 11:13

Azərbaycanda pul qazanmaq üçün görün nə edirlər – Təhlükəli tendensiya

20 İyun, 26 / 10:44

DÇ-2026: Türkiyə millisi Paraqvayla da bacarmadı - VİDEO

20 İyun, 26 / 10:29

Onlar təcili hərəkətə keçdilər: Paşinyanın qalibiyyəti əlindən alına bilər

 

20 İyun, 26 / 10:14

ABŞ kəşfiyyatından Trampa Netanyahu ilə bağlı XƏBƏRDARLIQ

20 İyun, 26 / 9:58

Bugün çimərliklərdə hava necə olacaq?

20 İyun, 26 / 9:43

Braziliyə millisi böyükhesablı qələbə qazanıb

20 İyun, 26 / 9:30

İsrail sülh planını pozacaq: ABŞ kəşfiyyatından son dəqiqə açıqlaması

20 İyun, 26 / 9:14
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.