• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9353
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Azərbaycanda yeni bahalaşma dalğası – İlin sonunadək…

24 Sentyabr, 26 / 14:58
A A

Azərbaycanda inflyasiya ilə bağlı proqnozlar kəskin fərqlənir. Müxtəlif beynəlxalq və yerli qurumlar bu il ölkədə qiymət artımının 3-6 faiz arasında olacağını proqnozlaşdırır.

Bəs eyni ölkə və eyni iqtisadi göstərici ilə bağlı proqnozlar niyə bu qədər fərqlənir? Azərbaycanda qiymətlər əslində nə qədər arta bilər və insanların gündəlik xərclərində bunu necə hiss etmək mümkün olacaq?

Mövzu ilə bağlı Cagdas.az-a açıqlama verən iqtisadçı Asif İbrahimli bildirib ki, inflyasiya proqnozlarının fərqli olması Azərbaycan iqtisadiyyatında normal haldır.

 

Onun sözlərinə görə, əsas məsələ rəqəmin özü deyil, orta statistik Azərbaycan vətəndaşı piştaxtalarda hansı məhsulun nə qədər artdığını rahat, açıq gözlə görə bilir:

“Məsələn, iki ay bundan qabaq aldığı şəkər tozunu və yaxud da ki, mal ətinin qiymətini bilir, hansı formada nə qədər artdığını çox gözəl bilir. Yəni, açığı, mənim özüm də Dövlət Statistika Komitəsinin rəqəmlərindən istifadə edərkən biraz ehtiyatlı davranıram, əlavə araşdırmalar aparıram. Azərbaycanda inflyasiya ilə bağlı müxtəlif qurumlardan fərqli açıqlamaların da əsas səbəbi, mən belə düşünürəm ki, fərqli ssenarilərdən istifadə eTmələridir. Məsələn, neftin qiyməti, ərzaq bazarı, idxal xərcləri, manatın məzənnəsi və daxili tələbatla bağlı gözləntilər dəyişdikcə proqnoz da dəyişir. Əhali üçün əsas məsələ Mərkəzi Bankın, Dünya Bankının açıqladığı rəqəmlər deyil. Burada insan üçün əsas sual mağazaya girərkən qiymətin nə qədər artıb və bundan sonra nə qədər artacağıdır. Və bir çox hallarda verilən proqnozlar üst-üstə düşmür. Bu da təbiidir, bu iqtisadi modelin strukturundan çox şey asılıdır”.

Ekspert qeyd edib ki, Azərbaycanda kölgə iqtisadiyyatı mövcuddur, Azərbaycanın özünəməxsus gömrük sistemi var:

“Məsələn, biz inflyasiyanı hansı formada hiss edirik? Bir çox inflyasiyanı biz idxal edirik. Yəni xarici bazarlarda qiymət bahalaşdıqca bu, avtomatik bizim bazarımıza da təsir edir – ona görə ki, idxaldan asılı ölkələrdənik. Azərbaycan sərhədinə daxil olan məhsullar üçün gömrük rüsumlarının müəyyən edilməsində 6 qiymətləndirmə üsulu var. Birincisi, sövdələşmə qiymətlərinə uyğun olaraq müəyyənləşdirilir və nədənsə həmişə ehtiyat üsulu seçilir. Yəni Azərbaycandakı bazar qiymətlərinə uyğun idxalçıya bəyannamə yazdırılır ki, get filan qiyməti yaz və sən onun idxal vergisini ödə, əlavə dəyər vergisini ödə və əməliyyat xərclərini ödə. Yəni biri var 2 manatın 40%-ni ödəyəsən, biri var 8 manatın 40%-ni ödəyəsən.

Xaricdə bir məhsul bahalaşanda, həmin məhsul Azərbaycana gələnə qədər də onun qiymətinə əlavə xərclər yığılır. Məsələn, gömrük ödənişləri, daşınma və logistika, saxlama, işçi xərcləri, vergilər və s. Buna görə məhsulun son qiyməti daha da artır”.

A.İbrahimov nəzərə çatdırıb ki, hazırda 2026-cı ilin yanvar-avqust ayları ilə bağlı illik inflyasiya rəsmi rəqəmlərdə 5.7% təşkil edib:

“Ona görə də 2-3%-lik illik inflyasiya ssenarisinin reallaşması üçün ilin qalan hissəsində qiymət artımının ciddi şəkildə aşağı düşməsi vacibdir. Ən vacib hissə budur ki, orta inflyasiya göstəricisi hər ailənin xərclərini eyni şəkildə əks etdirmir. Ərzaq, ət, kommunal xidmətlər, nəqliyyat və digər gündəlik xərclər daha sürətlə bahalaşırsa, insanın hiss etdiyi inflyasiya statistik göstəricidən çox-çox yüksək ola bilir. Ona görə də biz hər dəfə inflyasiya neçə faiz olacaq sualını verəndə kompleks araşdırmalar aparmalıyıq. Yəni qiymətləri artıran səbəblər hansılardır və onların qarşısını necə almaq lazımdır”.\Sfera.az\

Bənzər Xəbərlər

Cəmiyyət

“Makler evləri” ilə bağlı VACİB XƏBƏR

Sentyabr 24, 2026
Cəmiyyət

Marketlərdə toyuq filesi tapılmır: Qiymət qalxacaq?

Sentyabr 24, 2026
Cəmiyyət

Bu şəxslər kompensasiya ödənilmədən işdən QOVULACAQ

Sentyabr 24, 2026
Cəmiyyət

Bakıda “Formula 1” rekordu: Xarici turistlərin sayı 16 mini keçdi

Sentyabr 24, 2026
Cəmiyyət

Yeni subsidiyalar veriləcək – Nazir ŞƏRTLƏRİ AÇIQLADI

Sentyabr 24, 2026
Cəmiyyət

Azərbaycanda mal ətinin bahalaşma xronikası – Qiymətlər daha da artacaq

Sentyabr 24, 2026

XƏBƏR LENTİ

“Makler evləri” ilə bağlı VACİB XƏBƏR

24 Sentyabr, 26 / 16:03

Marketlərdə toyuq filesi tapılmır: Qiymət qalxacaq?

24 Sentyabr, 26 / 15:51

Bu şəxslər kompensasiya ödənilmədən işdən QOVULACAQ

24 Sentyabr, 26 / 15:38

Denis Puşilin: Ukrayna ilə danışıqlar konkret nəticə verməlidir

24 Sentyabr, 26 / 15:31

Bakıda “Formula 1” rekordu: Xarici turistlərin sayı 16 mini keçdi

24 Sentyabr, 26 / 15:27

Yeni subsidiyalar veriləcək – Nazir ŞƏRTLƏRİ AÇIQLADI

24 Sentyabr, 26 / 15:11

Azərbaycanda yeni bahalaşma dalğası – İlin sonunadək…

24 Sentyabr, 26 / 14:58

Azərbaycanda mal ətinin bahalaşma xronikası – Qiymətlər daha da artacaq

24 Sentyabr, 26 / 14:46

Pezeşkian Paşinyana da kitab verdi – Trampın “köməyi”

24 Sentyabr, 26 / 14:33

Ləğv edilən İnstitutun tələbələri ilə bağlı komissiya yaradıldı

24 Sentyabr, 26 / 14:19
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.