• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
24.5° Weather Columbus
$
1.7
€
1.9493
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Azərbaycanın mülkiyyəti qanunsuz şəkildə Rusiyaya verilib

16 İyul, 26 / 13:51
A A

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Rusiyaya rəsmi səfəri Bakı-Moskva münasibətlərində son dövrlərdə yaranmış həssas fonun mövcud olduğu bir vaxta təsadüf edir. Səfər çərçivəsində onun rusiyalı həmkarı Sergey Lavrovla keçirəcəyi görüşdə ikitərəfli münasibətlərin gündəliyi ilə yanaşı, regional proseslərlə bağlı məsələlərin də müzakirə olunacağı gözlənilir.

Xarici İşlər Nazirliyinin məlumatına görə, görüşdə “qarşılıqlı maraq doğuran regional mövzular” da müzakirə ediləcək. Bu ifadə isə xüsusilə diqqət çəkir. Çünki hazırda Cənubi Qafqazda sülh gündəliyi, Azərbaycan-Ermənistan münasibətlərinin gələcəyi, regionda kommunikasiyaların açılması və Zəngəzur dəhlizi ətrafında gedən proseslər əsas regional müzakirə mövzuları olaraq qalır.

Ceyhun Bayramovun səfəri çərçivəsində məhz hansı regional məsələlərin müzakirə olunacağı açıqlanmasa da, görüşün Bakı-Moskva münasibətlərində yeni gündəliyin formalaşdırılması baxımından əhəmiyyət daşıdığı görünür.

Cagdas.az xəbər veriri ki məsələ ilə bağlı Modern.az-a açıqlama verən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, Azərbaycanla Rusiya arasında münasibətlərdə böhran yaranıb və hazırda əsas məqsəd ikitərəfli əlaqələrin əvvəlki səviyyəsinin bərpa olunmasıdır:

“Azərbaycanla Rusiya arasındakı münasibətlərdə böhran yaranıb. Cənab Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda bu böhranın aradan qaldırılması ilə bağlı fikirlərini səsləndirib. Ənənəvi olaraq, Rusiya və Azərbaycan qarşılıqlı şəkildə ildə bir dəfə rəsmi səfərlər həyata keçirirlər. Xarici işlər nazirlərinin rəsmi səfərləri zamanı gündəlikdə bir çox məsələlər yer alır. Siyasi, iqtisadi, iki nazirlik arasında əməkdaşlıq formaları və digər məsələlər müzakirə olunur. Əsas məqsəd ikitərəfli münasibətlərdə yaranmış böhrandan əvvəlki əlaqələr səviyyəsinin bərpa edilməsidir. Kommunikasiya, tranzit, iqtisadi əməkdaşlıq, ticarət, mal mübadiləsi və digər məsələlər müzakirə olunacaq. Əminəm ki, həmişə olduğu kimi, azərbaycanlıların Rusiyadakı vəziyyəti barədə də fikirlər səslənəcək. Məsələlər çoxdur”.

Sabiq nazirin fikrincə, əsas məsələ ondan ibarətdir ki, Rusiya artıq Ermənistan-Azərbaycan sülh prosesində əvvəlki vasitəçilik rolunun faktiki olaraq aradan qalxdığını anlayır:

“Bu baxımdan, Moskva mövcud imkanlardan istifadə edərək, Azərbaycan tərəfindən də qəbul ediləcəyi təqdirdə, sülh gündəliyinin inkişafına müəyyən töhfə verməyə cəhd göstərə bilər. Buna misal olaraq kommunikasiya məsələsini göstərmək olar. Burada əsas məqam ondan ibarətdir ki, söhbət Ermənistanın mülkiyyətində olmayan dəmir yolu infrastrukturundan gedir. Zəngəzur dəhlizi ərazisindən keçən bu dəmir yolu vaxtilə Azərbaycanın mülkiyyətində olub. Lakin sonradan Ermənistan həmin infrastrukturu qanunsuz şəkildə Rusiya Dəmir Yollarının istifadəsinə verib. Nəticədə əsl mülkiyyətçi olan Azərbaycan bu prosesdən kənarda qalıb, Ermənistanla Rusiya Dəmir Yolları arasında isə müvafiq saziş imzalanıb. Bu dəmir yolu TRIPP layihəsinin elementi kimi istifadə oluna bilər. Mülkiyyət məsələsi də aktualdır. Çünki Rusiya öz iştirakını TRIPP layihəsində təmin etmək üçün həm sərhədçilərin orada olmasını, həm də mülkiyyət hüquqlarından istifadəni nəzərdə tutur. Əsl mülkiyyətçi olan Azərbaycanın mövqeyi də bu məsələdə gündəmə gətirilməlidir”.

Bənzər Xəbərlər

Cəmiyyət

Naxçıvanda istefalar başladı: RƏHBƏRLİYƏ ETİRAZ

İyul 16, 2026
Cəmiyyət

Haluk Leventin saxlanılan köməkçisi danışdı

İyul 16, 2026
Cəmiyyət

Azər Məmmədov yeni departament yaratdı – Təyinat

İyul 16, 2026
Cəmiyyət

Bu ailələrə məktəbli forması pulsuz ola bilər – valideynlərə müjdə

İyul 16, 2026
Cəmiyyət

Azərbaycanlı dənizçilərə xəbərdarlıq: Qara dəniz və Hörmüz boğazında təhlükə artır

İyul 16, 2026
Cəmiyyət

Azərbaycan hədəfdə: Rusiyada qarayaxma dalğası niyə güclənir?

İyul 16, 2026

XƏBƏR LENTİ

Naxçıvanda istefalar başladı: RƏHBƏRLİYƏ ETİRAZ

16 İyul, 26 / 15:56

Haluk Leventin saxlanılan köməkçisi danışdı

16 İyul, 26 / 15:42

Xameneinin dəfn olunduğu ziyarətgah yandı – VİDEO

16 İyul, 26 / 15:28

Azər Məmmədov yeni departament yaratdı – Təyinat

16 İyul, 26 / 15:13

Bu ailələrə məktəbli forması pulsuz ola bilər – valideynlərə müjdə

16 İyul, 26 / 14:58

Azərbaycanlı dənizçilərə xəbərdarlıq: Qara dəniz və Hörmüz boğazında təhlükə artır

16 İyul, 26 / 14:45

Azərbaycan hədəfdə: Rusiyada qarayaxma dalğası niyə güclənir?

16 İyul, 26 / 14:32

Azərbaycanlılar alış-verişə 32 milyard manat xərcləyib

16 İyul, 26 / 14:19

ABŞ Zəngəzur dəhlizini icarəyə götürür

16 İyul, 26 / 14:05

Azərbaycanın mülkiyyəti qanunsuz şəkildə Rusiyaya verilib

16 İyul, 26 / 13:51
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.