• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
16.4° Weather Columbus
$
1.7
€
1.9414
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Azərbaycanlıların MÜHÜM qazanc yeri çökür – Qayıdış RİSKİ

23 İyun, 26 / 12:20
A A

Rusiya iqtisadiyyatında inflyasiya riskləri əhəmiyyətli dərəcədə artıb. Bunu barəsində istefa şayiələri gəzən Rusiya Mərkəzi Bankın sədri Elvira Nabiullina deyib. O qeyd edib ki, inflyasiya riski yanacaq qiymətlərinin artması, eləcə də bu il büdcə xərclərinin planlaşdırılandan xeyli yüksək olması ilə yaradılır. Nabiullina bildirib ki, büdcə riski artıq reallaşır, lakin onun miqyası ilə bağlı qeyri-müəyyənlik qalır. O əlavə edib ki, yanacaq qiymətlərinin kəskin artması iyun ayının inflyasiyasına təsir edəcək.

Rosstat-ın məlumatına görə, pərakəndə satışda benzin qiymətləri ardıcıl iki həftədir ki, artır və ilin əvvəlindən bəri 6,6% yüksəlib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə ikiqat artım deməkdir.
Məlum məsələdir ki, benzinin bahalaşması Rusiya neft emalı zavodlarına endirilən zərbələrlə bağlıdır.

Rusiya iqtisadiyyatında kollaps gözlənilirmi? Bu vəziyyət azərbaycanlıların bu ölkəni tədricən tərk etməsinə gətirib çıxara bilərmi?
Cagdas.az xəbər verir ki ,Sabiq maliyyə naziri, professor Fikrət Yusifov Musavat.com-a bildirib ki, Rusiya iqtisadiyyatı iri addımlarla uçuruma doğru gedir: “Vəziyyəti real dəyərləndirə bilən rusiyalı mütəxəssislər və rəsmilər artıq bu barədə açıq şəkildə bəyanatlar verməkdən belə çəkinmirlər. Bir sözlə, bu ölkədə prezident Vladimir Putindən başqa bütün yüksək vəzifə sahibləri Rusiyanın bu gedişlə tez bir zamanda özünü müflis elan etmək zorunda qalacağını diqqətə çatdırmağa çalışırlar. Bir tək Putin deyir ki, ölkədə hər şey yaxşıdır və iqtisadiyyat inkişaf edir”.

Onun sözlərinə görə, Ukraynaya qarşı işğalçı müharibə başlayana, yəni 2022-ci ilin əvvəlinə qədər Rusiyada dövriyyədə 66,0 trilyon rubl olmuşdusa, 2026-cı ilin ortalarına bu rəqəm 67,8 trilyon rubl və ya 2 dəfədən çox artaraq, 133,8 trilyon rubla çatıb: “Bu dövrdə Rusiyanın iqtisadiyyatı isə cəmisi 9,5% böyüyüb ki, bu artım da tam olaraq hərbi sənaye məhsullarının istehsalı hesabına baş verib. Əgər Rusiyanın apardığı bu işğalçı müharibə yekunlaşarsa, dövriyyəyə buraxılmış əsassız pul kütləsinin taleyini həll etməyin bir mümkün yolu olacaq ki, bu da rublun denominasiyasından keçəcək. Daha sadə dildə desək, köhnə pulların sıfırları silinəcək və əvəzində dövriyyəyə yeni pullar buraxılacaq. Burada da itirən ilk növbədə vətəndaşlar və onların banklarda olan əmanətləri olacaq. Bu gün Rusiyada fəaliyyət göstərən iş adamları ölkəni kütləvi şəkildə tərk etmək istəyirlər. Təbii ki, onlar bu zaman öz kapitallarını da ölkədən çıxartmağa cəhd edirlər. İş adamlarının belə bir niyyətini aşkarlayan yerli hüquq-mühafizə orqanları dərhal onların əmlaklarına və bank hesablarına həbs qoyur və həmin vəsaitləri müharibənin maliyyələşdirilməsi üçün əllərindən zorla alırlar”.

F.Yusifov əlavə edib ki, bu günə qədər saysız-hesabsız belə faktlar mövcuddur: “Rusiyadakı Azərbaycanlı iş adamlarının da fəaliyyəti demək olar ki, çox acınacaqlı bir hala gəlib. İndi Rusiyada hər kəs sonun necə olacağını gözləməkdədir. Bu son isə çox da uzaqda deyil və olduqca qaranlıq görünür”.(referans media)

Bənzər Xəbərlər

Cəmiyyət

İlham Əliyev və Sərdar Berdiməhəmmədovun Şuşa gəzintisindən görüntülər

İyun 23, 2026
Cəmiyyət

Bakıda yağış, rayonlara dolu yağacaq – Sabahın havası

İyun 23, 2026
Cəmiyyət

Prezident ona yüksək vəzifə verdi

İyun 23, 2026
Cəmiyyət

Xarici valyutanın ölkəyə qaytarılmamasına görə cərimələr dəyişdirilir

İyun 23, 2026
Cəmiyyət

Bu hallarda saytlara giriş məhdudlaşdırılacaq

İyun 23, 2026
Cəmiyyət

Rusiyadan Ermənistana 408 ton gübrə göndərildi

İyun 23, 2026

XƏBƏR LENTİ

İlham Əliyev və Sərdar Berdiməhəmmədovun Şuşa gəzintisindən görüntülər

23 İyun, 26 / 15:50

Pezeşkian qalıcı sülhün əsas şərtini açıqladı

23 İyun, 26 / 15:37

Bakıda yağış, rayonlara dolu yağacaq – Sabahın havası

23 İyun, 26 / 15:23

Prezident ona yüksək vəzifə verdi

23 İyun, 26 / 15:11

Xarici valyutanın ölkəyə qaytarılmamasına görə cərimələr dəyişdirilir

23 İyun, 26 / 14:57

Bu hallarda saytlara giriş məhdudlaşdırılacaq

23 İyun, 26 / 14:43

Rusiyadan Ermənistana 408 ton gübrə göndərildi

23 İyun, 26 / 14:32

Prezidentlər Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar

23 İyun, 26 / 14:20

Daşaltı kəndinin fonunda – FOTOLAR

23 İyun, 26 / 14:16

Bakıda ev tikmək neçəyə başa gəlir? – ARAŞDIRMA

23 İyun, 26 / 14:06
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.