Son dəqiqə
Aydaska555official-in TikTok fəaliyyəti geniş auditoriyanın diqqətində Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yayıb Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım edib İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edilib Azərbaycanda Anım Günüdür Prezident: Daxili siyasətin əsas prioritetlərindən biri ərzaq təhlükəsizliyinin təmin edilməsidir İlham Əliyev: “Bu gün 2 mühüm sənəd imzalanacaq” Formula 1 Azərbaycan Qran-Prisi bu gün başa çatacaq İlham Əliyev: Xarici borcumuz çox aşağı səviyyədədir, biz onu bir gündə sıfırlaya bilərik

Bakı-Moskva-Tehran üçtərəfli saziş imzaladı

İqtisadiyyat

Azərbayca, Rusiya və İran Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin genişləndirilməsi ilə bağlı yeni üçtərəfli saziş imzalayıblar.

Cagdas.az Ölkə.az-a istinadən xəbər verir ki, MDB sammiti çərçivəsində İran, Rusiya və Azərbaycan dəmir yollarının rəhbərləri uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlığın gücləndirilməsinə dair anlaşma memorandumu imzalayıblar.

Nəşrin məlumatına görə, MDB Nəqliyyat Şurasının 83-cü iclası 15 üzv dövlətin rəhbərləri və nümayəndə heyətlərinin iştirakı ilə Bakıda keçirilib.

Bu memorandum Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin qərb marşrutu üzrə yükdaşımaları üçün sabit qiymətlərin müəyyən edilməsi, rəqabətqabiliyyətli vahid tariflərin müəyyən edilməsi və logistik xidmətlərin genişləndirilməsi kimi sahələri əhatə edir.

“Bu memorandum çərçivəsində üç ölkə sabit və qarşılıqlı faydalı ikitərəfli və çoxtərəfli əməkdaşlığa sadiqliklərini təsdiqləyib və Şimal-Cənub Dəhlizinin qərb marşrutunu aktiv regional tranzit marşrutuna çevirməyi qarşıya məqsəd qoyublar”, -nəşr yazıb.