Son dəqiqə

Bakı-Tbilisi qatarından istifadə edən sərnişinlərin sayı açıqlanıb

Cəmiyyət

Xəbər verdiyimiz kimi, Azərbaycan Dəmir Yolları mayın 26-dan Bakı-Tbilisi-Bakı marşrutu üzrə sərnişin daşımalarını bərpa edib.

Cagdas.az xəbər verir ki ADY-dən Milli.Az-ın sorğusuna cavab olarab bildirilib ki, 26 may – 7 iyun tarixləri arasında Bakı-Tbilisi-Bakı marşrutu üzrə hərəkət edən qatarla 4 minə yaxın sərnişin səfər edib.

“Marşrutun yenidən istifadəyə verilməsi sərnişinlər tərəfindən böyük maraqla qarşılanıb.Qatarlar hər səfərdə dolur. Tələbat çoxdur”, – deyə qurumdan məlumat verilib