Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Bakıda hoteldə yanğın – Qonaqlar təxliyə edildi – VİDEO

Cəmiyyət

Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində yerləşən obyektdə yanğın olub.

Cagdas.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində hotel kimi fəaliyyət göstərən obyektin 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 300kv.m. olan saunada baş vermiş yanğın genişlənməsinə, o cümlədən, hotelə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Təhlükəsizlik tədbirləri çərçivəsində tüstülənmiş binanı tərk edə bilməyən hotelin qonaqları təxliyə olunub. Xəsarət alan olmayıb.

Yanğın nəticəsində saunanın taxta konstruksiyadan ibarət buxar otağı 10kv.m. sahədə yanıb.

Saunanın böyük hissəsi və otel binası yanğından mühafizə edilib.(sfera.az)