• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
24.3° Weather Columbus
$
1.7
€
1.9632
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Bakının bütün rayonlarında daşınmaz əmlak bahalaşıb – CƏDVƏL

11 İyun, 26 / 13:58
A A

Bu ilin may ayında Bakının daşınmaz əmlak bazarında qiymətlər aprel ayı ilə müqayisədə bir qədər də artıb.

Cagdas.az xəbər veririki bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Vüqar Oruc məlumat verib.

Onun sözlərinə görə, ən yüksək bahalaşma torpaq bazarında müşahidə olunub, eyni zamanda mənzil, qeyri-yaşayış obyektləri və fərdi yaşayış evləri seqmentlərində də artım davam edib.

Aparılan hesablamalara görə, mayda Bakı üzrə torpaq bazarında orta qiymət artımı 2,4 %, yeni tikili mənzillərdə 1 %, köhnə tikili mənzillərdə 1,5 %, tikintinin ilkin mərhələsində olan (“kotlovan”) layihələrdə 1,6 %, qeyri-yaşayış obyektlərində 1,5 %, fərdi yaşayış evlərində isə 1,4 % təşkil edib.

Torpaq bazarında ən yüksək artım Xəzər rayonunda qeydə alınıb. Bu rayonda may ayında torpaq qiymətləri 3,6 % yüksəlib. Sonrakı yerlərdə Sabunçu (3,1 %), Suraxanı (2,9 %), Binəqədi (2,7 %) və Qaradağ (2,5 %) rayonları qərarlaşıb. V. Oruc bunu şəhərətrafı ərazilərə marağın artması, fərdi ev tikintisinin genişlənməsi və infrastruktur layihələrinin sürətlənməsi ilə əlaqələndirir.

Yeni tikili mənzillər bazarında ən yüksək aylıq bahalaşma Səbail rayonunda müşahidə olunub. Bu rayonda qiymətlər ötən ay 1,4 % artıb. Yasamal və Nəsimi rayonlarında artım 1,3 %, Nərimanov və Xətai rayonlarında isə 1,2 % olub. Ən aşağı göstərici Pirallahı rayonunda qeydə alınıb və burada qiymətlər cəmi 0,5 % yüksəlib.

Köhnə tikili mənzillər bazarında da Səbail lider olub. Rayonda qiymətlər bir ay ərzində 2 % artıb. Nəsimi rayonunda artım 1,9 %, Yasamalda 1,8 %, Binəqədi və Nizami rayonlarında isə 1,7 % təşkil edib. Pirallahı rayonunda köhnə mənzillərin qiymətləri 0,9 % yüksəlib.

Tikintinin ilkin mərhələsində olan layihələrdə (“kotlovan”) ən yüksək qiymət artımı da mərkəzi rayonlarda qeydə alınıb. Səbail rayonunda bu seqment üzrə artım 2,3 %, Nəsimidə 2,2 %, Yasamalda 2,1 %, Nərimanov və Xətaidə isə 1,9 % olub. Pirallahı rayonunda isə artım 0,8 % səviyyəsində qalıb.

Qeyri-yaşayış obyektləri bazarında ən yüksək dinamika Səbail və Nəsimi rayonlarında müşahidə edilib. Səbail rayonunda qiymətlər 2,1 %, Nəsimi rayonunda 2 %, Yasamal rayonunda isə 1,9 % yüksəlib. Ən aşağı göstərici Pirallahı rayonunda qeydə alınıb və burada artım 0,8 % olub.

Fərdi yaşayış evləri bazarında isə liderlik Xəzər rayonuna məxsus olub. Bu rayonda may ayında qiymətlər 2 % artıb. Sabunçu rayonunda artım 1,8 %, Binəqədi və Suraxanı rayonlarında 1,7 %, Qaradağ rayonunda isə 1,3 % təşkil edib.

Rayonlar üzrə ümumi göstəricilər göstərir ki, mərkəzi rayonlarda mənzil və kommersiya obyektləri seqmenti daha yüksək dinamika nümayiş etdirdiyi halda, şəhərətrafı rayonlarda torpaq və fərdi yaşayış evləri bazarı daha sürətlə bahalaşır. Xüsusilə Xəzər, Sabunçu və Suraxanı rayonlarında torpaq bazarında qeydə alınan artım bu seqmentin daşınmaz əmlak bazarının əsas lokomotivinə çevrildiyini göstərir.

Mövcud tendensiya ilin sonuna qədər davam edərsə, torpaq sahələri və tikintinin ilkin mərhələsində olan layihələr investorlar üçün ən gəlirli istiqamətlər olaraq qalacaq.//Report

Bənzər Xəbərlər

Cəmiyyət

Qız övladı olan valideynlərə erkən pensiya veriləcək? – VACİB AÇIQLAMA

İyun 11, 2026
Cəmiyyət

Azərbaycan və İran Araz çayı ilə bağlı razılığa gəldi

İyun 11, 2026
Cəmiyyət

Azərbaycanda həmin şəxslər işdən çıxarıla bilməz

İyun 11, 2026
Cəmiyyət

Azərbaycanı dəyişəcək layihə – Bir neçə həftəyə start verilir

İyun 11, 2026
Cəmiyyət

Sabah 34° isti olacaq

İyun 11, 2026
Cəmiyyət

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur – ŞOK RƏQƏMLƏR

İyun 11, 2026

XƏBƏR LENTİ

Qız övladı olan valideynlərə erkən pensiya veriləcək? – VACİB AÇIQLAMA

11 İyun, 26 / 15:30

Azərbaycan və İran Araz çayı ilə bağlı razılığa gəldi

11 İyun, 26 / 15:17

Azərbaycanda həmin şəxslər işdən çıxarıla bilməz

11 İyun, 26 / 15:05

SON DƏQİQƏ: Ermənistan-Türkiyə sərhədi AÇILDI

11 İyun, 26 / 14:52

Azərbaycanı dəyişəcək layihə – Bir neçə həftəyə start verilir

11 İyun, 26 / 14:38

Sabah 34° isti olacaq

11 İyun, 26 / 14:24

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur – ŞOK RƏQƏMLƏR

11 İyun, 26 / 14:13

Bakının bütün rayonlarında daşınmaz əmlak bahalaşıb – CƏDVƏL

11 İyun, 26 / 13:58

Hava yenidən pisləşir: rayonlarda sel və dolu təhlükəsi

11 İyun, 26 / 13:45

Müəllimin güllələndiyi silahın sahibinə cinayət işi açıla bilər

11 İyun, 26 / 13:31
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.