Son dəqiqə
Tələbə kreditlərinin verilməsi qaydaları dəyişdirilsin – Komitə sədri Nəsiminin erməni qadına 6 dəfə atəş açdığı, uşaqları hədələdiyi iddia olunur Yataqxanalarda yaşayanlar Qarabağa tez köçürülsün – Deputat Xəzərin sahilboyu ərazilərinin dövlət idarəetməsi təkmilləşdirilir Daha bir deputat mediaya ayrılan vəsaitin artırılmasını təklif etdi Bəzi ərazilərdə yağış, dağlarda qar yağacaq Britaniya ilə əməkdaşlıq enerji ilə məhdudlaşmayacaq Bakıda 1376 hektarlıq ərazidə məktəb və poliklinika yoxdur Ermənilərlə universitet yaratsaq alimlərimiz birləşib tarixi saxtalaşdırar “Abşeronun faktiki əhalisi rəsmi rəqəmdən xeyli çoxdur”

Balakən və Zaqatalanı sel apardı

Cəmiyyət

Balakən və Zaqatala rayonlarında yağan intensiv leysan yağışları bir sıra fəsadlara səbəb olub.

Çağdaş.Az Apa-ya istinadən bildirir ki, son günlər ölkənin şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti müşahidə olunur. Ən intensiv yağıntılar Balakən və Zaqatala rayonlarının inzibati ərazilərinə düşüb.

İyulun 7-si axşam saatlarından başlayan güclü yağışlar iyulun 8-nə keçən gecə daha da intensivləşib.

Böyük Qafqaz dağlarının cənub ətəklərinə yağan leysan nəticəsində Balakən, Katex, Hunbul, Tala, Muxax və digər çaylarda suyun səviyyəsi kəskin yüksəlib. Bəzi çaylardan qısamüddətli sel keçib, bəziləri isə məcrasından çıxmaq təhlükəsi ilə üzləşib.

Dağ çaylarının daşması nəticəsində bəzi yaşayış məntəqələrində həyətyanı sahələri sel suları basıb. Təbii hadisə nəticəsində əkin sahələrinə, o cümlədən taxıl, qarğıdalı, bostan-tərəvəz sahələrinə və fındıq bağlarına ziyan dəyib.

Hazırda Balakən və Zaqatala rayonlarında intensiv yağışlar davam edir.