• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
29.3° Weather Columbus
$
1.7
€
1.9442
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Bank kreditlərinin faizi azaldıla bilər? – Məsələ müzakirəyə çıxarıldı

18 İyul, 26 / 18:51
A A

Azərbaycanda kredit götürənlərin sayı ildən-ilə artır və yüksək faiz dərəcələri cəmiyyətdə ən çox müzakirə olunan məsələlərdən biridir. Bu fonda bank kreditləri üzrə faizlərin aşağı salınması, eləcə də sahibkarlar və sıravi vətəndaşlar üçün fərqli faiz dərəcələrinin tətbiq olunması ilə bağlı təkliflər səsləndirilir.

Kredit faizlərinin endirilməsi nə dərəcədə mümkündür və bu sahədə fərqli yanaşmanın tətbiqi özünü doğrulda bilərmi? Məsələn, iş adamları ilə sıravi vətəndaşlara aşağı faizli kredit şərtlərinin tətbiq olunması mümkündür?

Cagdas.az -a danışan iqtisadçı Vahid Əhmədov deyib ki, Azərbaycanda kredit faizləri uzun illərdir həm cəmiyyətdə, həm də Milli Məclisdə müzakirə olunan əsas məsələlərdən biridir:

“Həqiqətən də ölkədə kredit faizləri yüksəkdir və bunun bir neçə səbəbi var. Əsas səbəb ondan ibarətdir ki, bankların kredit resurslarının böyük hissəsi əhalinin banklarda yerləşdirdiyi əmanətlər hesabına formalaşır. Əmanətlər üzrə faiz dərəcələri yüksək olduğuna görə banklar da kreditləri yüksək faizlə verməyə məcbur olurlar. Bankların digər maliyyə mənbələri Mərkəzi Bankın ayırdığı vəsaitlər və xarici maliyyə institutlarından cəlb olunan resurslardır. Lakin bankların resurslarının təxminən 85-90 faizi məhz depozitlər hesabına formalaşır. Bütün bunlara baxmayaraq, Azərbaycanda kredit faizləri kifayət qədər yüksəkdir və bunun nəticəsində banklara olan kredit borcları da artmaqda davam edir”.

İqtisadçının fikrincə, bu problemin həlli asan deyil:

“Bank sektoru bu məsələyə yenidən baxmalıdır. Çünki banklar kifayət qədər gəlir əldə edirlər və onların əksəriyyəti özəl banklardır.

Vahid Əhmədov

Yüksək kredit faizləri vətəndaşlar üçün ciddi problemlər yaradır. Xüsusilə istehlak kreditləri götürən insanlar mənzil, məişət əşyaları və digər zəruri ehtiyaclarını qarşılamaq üçün borclanırlar. Faizlərin yüksək olması isə həmin kreditlərin vaxtında qaytarılmasını çətinləşdirir”.

V.Əhmədovun sözlərinə görə, digər problem zaminlik məsələsidir:

“İstehlak kreditləri verilərkən əksər hallarda zamin tələb olunur. Borcalan öhdəliyini yerinə yetirə bilmədikdə isə məsuliyyət zaminin üzərinə düşür və bu da əlavə hüquqi problemlərə səbəb olur. İstehlak kreditləri ilə sahibkarlıq kreditləri arasında fərq olmalıdır. Lakin hazırda sahibkarlara verilən kreditlər də ucuz deyil. Bu kreditlər üzrə faiz dərəcələri də 18-25 faiz arasında dəyişir ki, bu da kifayət qədər yüksək göstəricidir”.

Vahid Əhmədov bildirib ki, Azərbaycanda kredit faizləri bir çox Avropa ölkələri ilə müqayisədə yüksəkdir:

“Buna görə də faiz dərəcələrinin aşağı salınmasına ehtiyac var. Bu istiqamətdə həm dövlət, həm hökumət, həm də bank sistemi ciddi addımlar atmalı və məsələni yenidən nəzərdən keçirməlidir”.(globalinfo.az)

Bənzər Xəbərlər

Cəmiyyət

Bu temperaturda yüksək təzyiq xəstələri çölə çıxmamalıdır

İyul 18, 2026
Cəmiyyət

Odessada ölən gəmi kapitanının nəşi Bakıya yola salınıb

İyul 18, 2026
Cəmiyyət

Ən çox bu çimərliklərdə boğulma təhlükəsi var – VİDEO

İyul 18, 2026
Cəmiyyət

Azərbaycan dondurma idxalını artırıb

İyul 18, 2026
Cəmiyyət

DÇ-2026 finalı rekord qırır: Bir biletin qiyməti 11 min dolları keçdi

İyul 18, 2026
Cəmiyyət

Nazir müavini: Fərdi hesabında 50 min manat olan şəxsin pensiya kapitalı 2800 manat artacaq

İyul 18, 2026

XƏBƏR LENTİ

Bu temperaturda yüksək təzyiq xəstələri çölə çıxmamalıdır

18 İyul, 26 / 20:52

Həbsxanalara Nil timsahları gətirilir, ölkə ayağa qalxdı

18 İyul, 26 / 20:33

Odessada ölən gəmi kapitanının nəşi Bakıya yola salınıb

18 İyul, 26 / 20:14

Trampın sosial media paylaşımları pulla satılacaq

18 İyul, 26 / 19:55

Türkiyə ermənilərin gömrük prosesini asanlaşdırdı

18 İyul, 26 / 19:34

Ən çox bu çimərliklərdə boğulma təhlükəsi var – VİDEO

18 İyul, 26 / 19:13

Bank kreditlərinin faizi azaldıla bilər? – Məsələ müzakirəyə çıxarıldı

18 İyul, 26 / 18:51

Azərbaycan dondurma idxalını artırıb

18 İyul, 26 / 18:30

DÇ-2026 finalı rekord qırır: Bir biletin qiyməti 11 min dolları keçdi

18 İyul, 26 / 18:10

İran İordaniyanı bombalayıb

18 İyul, 26 / 17:47
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.