Galatasarayın Liverpulla oyununda zədələnən futbolçusu Noa Lanq əməliyyatdan sonra son vəziyyətini sosial media hesabında paylaşıb.
Çağdaş.Az xəbər verir ki, çempionlar liqasında keçirilən Liverpul qarşılaşmasında sağ əl baş barmağından ciddi xəsarət alan niderlandlı futbolçu İngiltərədə təcili əməliyyata götürülmüşdü.
Lanqın paylaşdığı fotoda sağ əl baş barmağının iri sarğı ilə bağlandığı görünür. Futbolçunun son görüntüsü qısa müddətdə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Klubun həkimi Yener İnce oyunçunun vəziyyətinin nəzarətdə saxlanıldığını bildirib. Qeyd olunub ki, Lanq Niderland millisinin ilk oyununda iştirak edə bilməyəcək.
Onun ikinci oyun üçün vəziyyəti yenidən qiymətləndiriləcək. Tibbi heyət futbolçunun mümkün qədər tez meydanlara qayıtması üçün xüsusi məşq proqramı hazırlayıb.




