Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin test imtahanında müvəffəqiyyət qazanmış namizədlər üçün yazılı imtahan mərhələsinin tarixi məlum olub.
Çağdaş.Az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, imtahan noyabrın 19-u saat 10:00-dan başlayaraq 4 saat müddətində Azərbaycan Texniki Universitetinin “İdman Sarayı”nda keçiriləcək.
Qeyd edilib ki, namizədlər buraxılış rejiminin vaxtında həyata keçirilməsi üçün imtahana azı 1 saat qalmış imtahan keçiriləcək binanın qarşısında olmalı və “Yazılı imtahana buraxılış vərəqəsi” ilə şəxsiyyət vəsiqəsinin əslini təqdim etməlidirlər.


