Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Bayramov Moskvada: Azərbaycan-Rusiya münasibətlərində trend yüksəkdir

Cəmiyyət

Azərbaycan və Rusiya arasındakı trend müsbətdir.

Cagdas.az  rus mətbuatına istinadla xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramov Moskvada Rusiyalı həmkarı Sergey Lavrovla görüşü zamanı deyib.

“Əminəm ki, bu gün ticarət-iqtisadi əməkdaşlıq blokunu da ətraflı müzakirə edə biləcəyik. Bu istiqamətin mühüm elementlərindən biri Azərbaycan ilə Rusiya Federasiyası arasında hökumətlərarası komissiyanın müntəzəm təmaslarıdır. Komissiyanın 24-cü iclası bu ilin aprel ayında keçirilib. Bu kontekstdə hesab edirik ki, bütövlükdə dünya iqtisadiyyatında mövcud olan bütün çətinliklərə baxmayaraq, ölkələrimiz arasındakı trend müsbətdir. Bu gün, yəqin ki, 2025-ci ilin rəqəmləri və göstəriciləri, eləcə də yaxın perspektiv üçün müəyyən edilmiş istiqamətlər üzərində daha ətraflı dayanacağıq”, – deyə o bildirib.

C.Bayramov qeyd edib ki, humanitar sahə ənənəvi olaraq Azərbaycan ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin mühüm tərkib hissəsidir.

“Təbii ki, qarşılıqlı maraq doğuran regional və beynəlxalq gündəliyin bütün məsələlərini, o cümlədən beynəlxalq platformalarda təmaslarımızı və əməkdaşlığımızı müzakirə etməyə hazır olacağıq”, – deyə Azərbaycanın XİN rəhbəri əlavə edib.(modern.az)