Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Bazarda avtomobil seçimi çox olsa da, satışlar demək olar ki, dayanıb.

Cəmiyyət

Bazarda avtomobil seçimi çox olsa da, satışlar demək olar ki, dayanıb.

Cagdas.az xəbər verir ki, paytaxtdakı avtomobil satış mərkəzlərində son aylarda ciddi durğunluq müşahidə olunur.

Satıcıların sözlərinə görə, alıcılıq günü-gündən zəifləyir. Onlar bildirirlər ki, bir neçə ay əvvəlki dövrlə müqayisədə avtomobillərin markası, modeli, istehsal ili və texniki vəziyyətindən asılı olaraq qiymətlərdə ən azı 1 500 manat ucuzlaşma qeydə alınıb.

Satıcılar hesab edirlər ki, alıcılığın azalmasının əsas səbəblərindən biri avtomobillərin saxlanma və istismar xərclərinin yüksək olmasıdır. Bundan başqa, ikinci əl avtomobillərin qiymətlərinin yeni Çin istehsalı olan avtomobillərlə müqayisədə daha baha olması da alıcıların seçimlərinə təsir edir.

Onların sözlərinə görə, hazırda alıcıların əsas marağı münasib qiymətə təklif olunan yeni Çin istehsalı

avtomobillərə yönəlib./NOCOMMENT.az/