Zərdabda beş nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsinin qurbanları müəllim ailəsidir.
Çağdaş.Az xəbər verir ki, Qəzadan sağ çıxan yeganə ailə üzvü Reyhan Məhəmmədovadır.
O, Məmmədqasımlı kənd tam orta məktəbin informatika müəllimidir.
Onun qəzada dünyasını dəyişən həyat yoldaşı Elyar Məhəmmədov isə məktəbin riyaziyyat müəllimidir.
Qeyd edək ki, E.Məhəmmədovla birlikdə qəzada yanaraq ölən atası Qalib Məhəmmədov da təqaüddə olan müəllim olub./Unikal/
















