Son dəqiqə
Mədə sancısı və krampa qarşı təsirli bitki çayı “Barselona”nın prezidenti Bakıda mahnı oxudu, plov yedi, pivə içdi Övladınıza “TikTok”da nəzarət edə biləcəksiniz – Valideynlərin nəzərinə! “Miss Kainat-2026” gözəllik müsabiqəsində qalmaqal düşdü Azərbaycanlıların ən çox getdiyi ölkələr – SİYAHI Paşinyan medianı məhkəməyə verdi – 11 min dollar tələb edir “Sabah”- “Barselona” oyunu ilə əlaqədar bu marşrutların hərəkət sxemi dəyişdirilir Prezident Gürcüstanın Baş nazirinin müavinini qəbul edib Müharibə veteranları məktəblərdə dərs deyəcəklər Şagirdlərə süni intellekt və dronlarla bağlı dərslər keçiriləcək

Qadını şantaj edən gənc həbs OLUNDU

Hadisə

Bakıda qadını şantaj edən gənc həbs olunub.

Çağdaş.Az xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib.

İnternet vasitəsilə tanış olduğu qadınla hoteldə görüşən şəxs onun görüntülərini lentə alıb. Daha sonra görüntüləri qadına göndərərək yayacağı ilə hədələməklə 2 dəfə (müvafiq olaraq 20 və 80 manat) pul alıb.

Qadının polisə şikayət etməsindən sonra S.Məmmədov (şərti) həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 182-ci (Hədə-qorxu ilə tələb etmə) maddəsi ilə iş açılıb.

İşin materialları baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə məlum olub ki, cinayət işinin materiallarında çatışmazlıq var. Bu səbəbdən işə baxılmayıb və materiallar Sabunçu Rayon Prokurorluğuna qaytarılıb./Redaktor.az/