Son dəqiqə
Avtomobilinin üzərinə ağac aşdı, ciddi ziyan dəydi – Dövlət qurumları vətəndaşın müraciətinə niyə baxmır? Hərbçilərin həyat yoldaşlarına 400 manat veriləcək Azərbaycanda dövlət bu şəxslərə ev verəcək Bu şəxslərə birdəfəlik yardım edilsin – TƏKLİF Qış dekabrın 22-də başlayır: Bakıda gecə 14 saatdan uzun olacaq Din xadimlərinə yeni məhdudiyyət qoyulub? – Şuradan açıqlama Bayden memuar yazıb: Putin, Zelenski və Trampdan bəhs edib – Maraqlı ETİRAFLAR “29 mindən çox sakinin yaşadığı massivdə məktəb yoxdur” Gələn ilin dövlət büdcəsi birinci oxunuşda qəbul edildi – YENİLƏNİB Yastıpəncəli şəxslər hansı hallarda hərbi xidmətə aparılmır?

Bəzi rayon və kəndlərdə işıqlar sönəcək

Cəmiyyət

Bu gün Bakı və Cəlilabadın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Bu barədə Cagdas.az-a “Azərişıq” ASC-dən məlumat verilib.

Bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək Murtuza Muxtarov, Zərgərpalan, Balababa Məcidov, Cəfər Cabbarlı, Əli bəy Hüseynzadə, Salatın Əsgərova küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Həmin tarixdə Nizami RETSİ ərazisində yerləşən TM-lərdə icra olunacaq təmir-təftiş işləri ilə əlaqədar fasilə saat 10:00-dan 13:00-dək Kamil Balakişiyev, İmadəddin Nəsimi, Mehdi Abbasov, Əzim Əzimzadə, Şirin Mirzəyev, Məmməd Səid Ordubadi, Əlif Hacıyev küçələrinin bəzi hissələrini əhatə edəcək.

“Həmçinin Cəlilabad Elektrik Şəbəkəsi (EŞ) ərazisində 35/10 kV-luq “Cəlayir” yarımstansiyasından qidalanan 35 kV-luq “Ləkin” hava xəttində təmir işləri həyata keçiriləcək. Beləliklə, saat 10:00-dan 13:00-dək Edişə, Ləkin, Şatırlı, Badamağac, Buravar, Kövüzbulaq, Zəhmətabad, Əsədli kəndlərinin bəzi əraziləri gərginliksiz qalacaq.

Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq”, – məlumatda qeyd olunub(modern.az)